booked.netbooked.net booked.net  

    Bir neçə ay öncə Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən azad edilmiş əməkdar mədəniyyət işçisi, Azərbaycan mətbəxini dünyaya tanıdan Tahir Əmiraslanov  

Pin It

"İllərdir fəaliyyət göstərirsiniz... İstəmirəm sizdən istifadə etsinlər. Verilişlər dəvət edib, istifadə edirlər. Az qazan, alnıaçıq ol. Kimlərinsə qarşısında başıaşağı olma".

Pin It

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Komitə sədri Fuad Muradov və əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Pin It

Əməkdar artist Məcnun Hacıbəyovun qəbrinin üstünün götürülməməsindən narahatlıq keçirən aktyorun sənət dostu, xalq artisti Əli Nur bu barədə mətbuata açıqlama verib və mədəniyyət naziri Anar Kərimova müraciət etdiyini bildirib.

Məlumata görə, bütün bunlara etiraz edən Məcnun Hacıbəyovun böyük oğlu Ceyhun Hacıbəyovun məsələyə münasibəti belə olub: “Atamın məzarüstü abidəsinin dizaynı üzərində işləyirik. Biz istəyirik ki, qəbrin üstündə heykəl ucaldaq. Adi baş daşı olmasın. Ona görə də bu proses yubanır. Əli Nur bunu niyə bizim özümüzə demir ki, nazirliyə müraciət edir?! Yaxşı olardı ki, Əli Nur bizim özümüzdən soruşsun ki, vəziyyət nədir, nə deyil?! Bilmirəm, bu insanların, deyəsən, işi-gücü qurtarıb. Adama bir zəng edib, soruşarlar, neynirsiz? Bəlkə elə hazırdır?! Bəlkə elə biz onu düzəltmişik?! Bir soruşarlar da! Mətbuat da bu xəbəri o dəqiqə tirajlayır. Camaatın işi-gücü qurtarıb, qalıblar daha nə etsinlər! Atamın məzarüstü abidəsi sentyabra qədər hazır olacaq və noyabrda da bilirsiniz ki, onun il mərasimidir”.

Qeyd edək ki, Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun İkinci Nügədi kəndində doğulub. Orta təhsilini bu kəndin məktəbində alıb. O, 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Xatırladaq ki, əməkdar artist Məcnun Hacıbəyov 2021-ci il noyabrın 16-da 86 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!

E.ŞİRİNOV        

Pin It

"Yazarlar" jurnalının № 07 (19) iyul-2022-ci il tarixli sayı işıq üzü görüb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN