booked.netbooked.net booked.net  

“36 kvadratmetrlik sinif otaqlarımızda 30-40, bir sıra hallarda hətta 50-yə yaxın şagird təhsil alır.”

 Bunu Təhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov  bildirib.

Mütəxəssis Bakı məktəblərindəki siniflərdə şagird sıxlığı,  tədrisin təşkilindəki problemlərdən, həmçinin həlli yollarından danışıb.

Mütəxəssis qeyd edib ki, Bakı və Bakı ətrafinda hətta üç növbə ilə işləyən məktəblər də var.

Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 saylı qərarına diqqət çəkən Elşən Qafarov bildirib ki, qərara əsasən, məktəblər layihələndirilərkən siniflər 24 şagird üçün nəzərdə tutulmalı, bir sinifdə şagirdə düşən sahə 2-2.5 kvadratmetr olmalıdır.

“Buna baxmayaraq, bizim 36 kvadratmetrlik sinif otaqlarımızda 30-40, bir sıra hallarda, hətta 50-yə yaxın şagird təhsil alır. Bu, şagirdlər üçün nəzərdə tutulan yer normativlərinin pozulmasına gətirib çıxarır. Şagird sayı normadan 1.5-2 dəfə artıq olan siniflərdə fərdi yanaşmadan söhbət gedə bilməz. Məlumdur ki, ölkə məktəblərində tədrisin təşkili ilə bağlı çox ciddi problemlər var”,- deyə bildirib.

Onun sözlərinə görə, ölkəmizdə müəllimlərin peşəkarlığı lazımi səviyyədə olmadığı üçün siniflər bölünməlidir və bunun üçün məktəblərin həyətində yeni korpuslar inşa olunmalıdır.

 “Müəllim peşəkarlığının lazımi səviyyədə olmadığını da nəzərə alsaq, ümumilikdə orta məktəblərdəki tədrisin keyfiyyətinin ümumi mənzərəsini görə bilərik. Ona görə də siniflər bölünməlidir. Lakin nəzərə almaq lazımdır ki, bu gün xüsusilə də Bakı məktəblərində siniflərdəki şagirdlərin sayı bölünərək azaldılarsa, məktəblərdə yer olmaz. Belə olan halda məlum olur ki, yeni məktəblər və ya mövcud məktəblərin həyətində yeni korpusların tikilməsinə ciddi ehtiyac var. 2019-cu ildə  Prezident İlham Əliyev Bakı şəhəri üzrə məktəblərin infrastrukturunun gücləndirilməsi işinə 47 milyon manat əlavə vəsait ayırıb. Təəssüf ki, xüsusilə Bakı və Bakıətrafı ərazilərdə bu mənada ciddi problemlər hələ də yaşanır. Təbii ki, şagird sayı normadan iki dəfə artıq olan siniflərdə tədrisin keyfiyyəti barədə danışmaq yersizdir”, - qeyd edib.

Mütəxəssis ikinövbəli məktəblərdə tədrisin təşkili problemlərindən və Naxçıvan məktəblərində artıq bu məsələnin həll olunduğundan da bəhs edib.

“…İkinövbəli məktəblərdə tədrisin təşkili və idarəetmə kifayət qədər problemlidir.  Belə problemləri aradan qaldırmaq üçün dövlət proqramları qəbul edilməli, ikinövbəli məktəblər aradan qaldırılmalıdır. Məsələn, Naxçıvan Muxtar Respublikasında görülən işlərin nəticəsidir ki, məktəblər iki növbədə fəaliyyət göstərmir. Eyni zamanda, böyük şəhərlərdə, xüsusilə də Bakı və Abşeronda yeni məktəb binalarının tikintisinə ehtiyac var. Belə olan halda, məktəblərdə şagird sıxlığı azalar və iki növbəlilik aradan qalxar", -  Elşən Qafarov deyib.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN