“Hazırda təxminən 160 bağça müdiri vəzifəsi vakantdır”.

Bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. Onun sözlərinə görə, bu ilin əvvəlindən dövlət məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçən 100-dən artıq tərbiyəçi-müəllim Bakıda və bölgələrdə işlə təmin olunub: “Yaxın zamanlarda bağça müdirlərinin müsabiqə əsasında işə qəbulu elan olunacaq. Hazırda təxminən 160 bağça müdiri vəzifəsi vakantdır”.("Report").

Tezadlar.az xatırladır ki, Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.

Beləliklə, baxça müdiri olmaq istəyənlərə şad xəbər var. Sənədlərinizi hazırlayıb irəli durmağın vaxtıdır. Ramazan ayında düşərli olar!

A.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN