booked.netbooked.net booked.net  

Bakı şəhəri, Nərimanov rayonu Məktəb Lisey Kompleksinin (MLK) I "h" sinfinin şagirdləri məktəbə böyük həvəslə yollanır, dərslərində və ictimai işlərdə xüsusi fəallıq göstərirlər.

Belə ki, bu "birincilər" məktəbdə yalnız tədris planı mövzularını öyrənmirlər, onlar həmçinin, cəmiyyətə yararlı fərd olmaq üçün bir çox layihələrdə iştirak edirlər. Təbii ki, bütün bunları reallaşdıran, şagirdləri vətənə məhəbbət ruhunda böyüdən, tərbiyə edən onların müəllimidir.

I "h" sinfinin müəlliməsi Kəmalə Mehdiyeva “birincilərin” bütün tədris ilinin maraqlı keçməsi üçün yorulmadan çalışır. Şagirdlərini tez tez teatrlara aparır, eyni zamanda onlara siniflərində, məktəblərinin həyətində gül-çiçək əkilməsində, dərslərlə yanaşı, müxtəlif oyunların təşkilində xüsusi fəallıq göstərir. Beləliklə, bu balacalar təbiətə qayğını, bir-birini dəstəkləməyi, xeyirxahlığı, vətənpərvərliyi kiçik yaşlarından, məhz Kəmalə müəllimənin sayəsində öyrənirlər. Ən önəmlisi isə, bu balacalar, ətrafa sevgi və pozitiv enerji saçırlar.

nerimanov-mek-lis

I "h" sinfinin şagirdləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı da maraqlı tədbir nümayiş etdiriblər. Tədbirdə məktəbin ibtidai sinif müəllimi Kəmalə Mehdiyeva şagirdlərini təbrik edib, gələcək tədris ilində onlara uğurlar arzulayıb.

Tədbirin bədii hissəsində şagirdlər Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırladıqları Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqs nömrələri ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

nerim-mek-lis

Maraqlı tədbirə görə valideynlər gələcəyimiz olan uşaqların sağlam ruhda böyüməsində və tərbiyəsində səmərəli fəaliyyətinə görə Kəmalə müəlliməyə, eləcə də uşaqlara maraqlı layihələrini həyata keçirmək üçün dəstəyini əsirgəməyən məktəb rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Balacaların 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırladıqları videoçarxı sizə təqdim edirik.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN