booked.netbooked.net booked.net  

“50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil.”

 Sertifikasiya imtahanında uğur qazanan müəllimlərimizin əmək haqlarında artımlar olacaq. Təbii ki, istənilən halda əmək haqqı artımı müsbətdir və davamlı olmalıdır.

 Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

O, vurğulayıb ki, bununla belə, diferensial əmək haqqı sisteminin təkmilləşdirilməsi və daha ədalətli mexanizmlər ilə maaş artımlarına gedilməsi olduqca vacibdir.

 Vüqar Bayramov sertifikasiyada yüksək nəticə göstərən müəllimlərdən dördündən üçünün əmək haqlarında cəmi 10 faizlik artım olacağına diqqət çəkib.

 

“Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır. Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min müəllimdən 8 mininin əmək haqqısında 35 faiz artım olacaq. Yəni, imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı cəmi 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş artımı olacaq”, - deyib.Həmçinin o diqqətə çatdırıb ki, hazırki qaydalara əsasən, sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir.

Onun sözlərinə görə, 50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil və müəllimlərin maaşlarının artırılması ilə bağlıə təklif verib.

 “ Yəni, 50 bal toplayan ilə 30 bal toplayanın əmək haqqısında eyni artım nəzərdə tutulur. Digər tərəfdən, 51 sualı düzgün cavablandıran müəllimimiz 35 faiz artımdan yararlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısı 10 faiz artır.

Əslində, 50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil. Çünki, əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan, təklif edirik ki, 48 və daha yüksək bal toplamış müəllimlərimizin əmək haqlarının da 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin”, - iqtisadçı-ekspert diqqətə çatdırıb.

 Vüqar Bayramov hər il dövlət büdcəsindən təhsilə ayrılan pulların da ilbəil artırıldığını, bu il isə bu məbləğin əvvəlki illə müqayisədə 13,8% artırıldığını da qeyd edib.

 “Qeyd edək ki, son illər təhsilə ayrılan vəsaitin həcmində artımlar qeydə alınır. 2024-cü ildə də artımlar davam edəcək. Bu sahədə dövlət siyasəti güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur. Deməli, dövlət büdcəsindən ayırmaların artması fonunda diferensial əmək haqqı mexanizmi qənaəti deyil, daha yüksək nəticələri təşviq etməlidir”, - deyə sonda deputat bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN