booked.netbooked.net booked.net  

Bakıda 33 min 312 müəllimin cəmi 2590 nəfəri kişi müəllimlərdir...

Çox təəssüf ki, Azərbaycanda kişi müəllimlərin sayı kəskin şəkildə azalıb. Belə ki, Azərbaycanda ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var.

Bu, gələcək genefodnumuz üçün təhsildə təhlükəli rəqəmlərdir.

 Bunu təhsil eksperti Kamran Əsədov bildirib.

O, vurğulayıb ki, kişi müəllimlərin sayını mütləq artırmaq lazımdır:

 “Gəlin müəllimlərin gender fərqinə bölgələr üzrə nəzər salaq:

33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi müəllim, 30 min 722 nəfəri qadın müəllimlədir.

Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi müəllimlər, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir.

Rəqəmlərdən göründüyü kimi, həm regionlarda, həm də paytaxtda fəaliyyət göstərən kişi və qadın müəllimlər arasında kəskin fərq var.

Bu təhlili yaş kateqoriyası və fənlər üzrə daha da genişləndirsək, ortaya çox xoş olmayan bir mənzərə çıxacaqdır.

Mütləq şəkildə kişi müəllimlərin sayını artırmaq lazımdır. Bunun şagirdlərin fərd kimi inkişafına bilavasitə təsiri var.

Kişi müəllimlərin sayının azlığı təhlükədir və təhlükəlidir!”, - deyə Kamran Əsədov vurğulayıb.

Qeyd edilən rəqəm - ümumilikdə 121 mindən çox qadın müəllimlə müqayisədə Azərbaycanda cəmi 22min 461 kişi müəllimin fəaliyyət göstərməsi çox xoşagəlməz haldır. Nəzərə alsaq ki, oğlan uşaqlarının tərbiyə və təhsilində kişi müəllimlərin rolu, nümunə olması faktoru danılmaz faktdır. Evdə anası, məktəbdə qadın müəllimlərinin əhatəsində olan, onların davranışını nümunə götürən oğlan uşaqlarının həyatında kişi müəllimlərin azlıqda olması onların inkişafında, cəmiyyətə baxışında, arzu və istəklərində, maraqlarında, xarakterində, həyat tərzlərində... böyük çatışmazlıq yaradır. Və bunun gələcəkdə yarana biləcək fəsadlarını psixoloqlar da ətraflı izah edir...

Mütəxəssislərin fikrincə, kişi müəllimlərin bu sahədə çalışmağa maraq göstərməmələrinin başlıca səbəbi maddiyyatla, aylıq məvaciblərinin onları qane etməməsi ilə əlaqədardır.

Lakin onu da diqqətə çatdıraq ki, son illər müəllimlərin aylıq məvacibləri artırılır. Həmçinin sertifikasiyadan yüksək nəticə əldə edən müəllimlərin də məvaciblərinə yığdıqları bala uyğun əlavələr edilir.

 

Y.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN