booked.netbooked.net booked.net  

 “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Məktəbdə...” layihəsinin qonağı olub.

TEZADLAR.AZ xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 183 nömrəli tam orta məktəbdə keçirilib. 

Elçin Şıxlı hələ də unutmadığı ilk müəllimi, məktəb illəri ilə bağlı maraqlı xatirələrindən, müəllim adının müqəddəsliyindən, daşıdığı bəşəri missiyadan söz açıb. Qonaq təsisçisi və rəhbəri olduğu “Ayna” qəzetinin yaranması və həmin tarixi dövrdə oxucu tələbatından, çap mediasına marağın azaldığı bir vaxtda oxunaqlı qəzet nəşr etmək işinin çətinliyindən danışıb.

E.Şıxlı, həmçinin əhatə dairəsinə görə medianı, telekanalları üstələyən sosial şəbəkələrin müsbət və mənfi tərəflərindən, öyrədici informasiyanı seçməyin yollarından, kitabların həyatımızdakı rolundan, ünsiyyət bacarıqlarının formalaşmasında mütaliənin müsbət  təsirlərindən, ixtisas seçimi zamanı yeni dövrün tələblərinin nəzərə alınmasının vacibliyindən bəhs edib. 

 Qonaq Qarabağda əldə olunan möhtəşəm Zəfərdən, işğaldan azad olunmuş doğma torpaqlara Böyük Qayıdışdan da söz açıb. Bildirib ki, tarixi Qarabağ Zəfərinin öz ifadəsini tapdığı ən mükəmməl əsərlərin yazılması üçün hələ zamana ehtiyac var.

Şagirdləri düşündürən sualları cavablandıran E.Şıxlı daha sonra təhsil ocağının kitabxanası ilə tanış olub, məktəbin xatirə kitabına ürək sözlərini yazıb.   

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN