booked.netbooked.net booked.net  

Daha bir tələbəmizin uğurunu bölüşməkdən məmnunluq duyuram. Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Hüseyn Abızadə Azərbaycanın innovasiya ekosistemində seçilərək Koreyada baş tutacaq #treninq proqramında iştirak hüququ qazanıb.

“TEZADLAR.AZ” xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru, Əməkdar müəllim Elmar Qasımovun sosial media hesabında etdiyi paylaşımda bildirilir.

Rektor vurğulayıb ki, Hüseyn Abızadə BANM-niin fəal tələbələrindəndir və bu, onun ilk uğuru deyil.

 “Tələbəmiz 11 gün ərzində Koreyada nüfuzlu ekspertlərin təşkil etdiyi sessiyalarda iştirak edəcək, həmçinin bu ölkədə yaradılmış və #innovasiya sahəsində lider kimi tanınan innovasiya yönümlü şirkətlərdə də olacaq.

Hüseyn ən fəal tələbələrimizdəndir. O,“PAŞA Holding”də innovasiyalar üzrə mütəxəssis vəzifəsində çalışır. Hüseyn daha öncə startapı üçün "SABAH.funds"dan 25 min manat investisiya əldə edib, "Enterprise Azerbaijan" portalının layihəsi olan "StartUp School" beynəlxalq təlim-müsabiqəsində 200 startap arasında I yeri tutaraq ABŞ-də I2B təlimlərində iştirak edib. Eyni zamanda, reklam texnologiyası üzrə bazarda yenilik edən “Adlet” startapının həmtəsisçilərindəndir”, - deyə Elmar Qasımov qeyd edir.

h

 Tələbələri ilə hər zaman qürur duyan, onlara dost münasibəti göstərən, uğurlarına sevinən rektor paylaşımında Hüseyn Abızadəni təbrik edib, onun uğurları ilə qürur duyduğunu bildirib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN