Məktəb təlim, tərbiyə, təhsil ocağıdır. Məktəbin əsas vəzifəsi cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqlı və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir.

Bu baxımdan, müəllimlərin üzərinə böyük bir vəzifə, məsuliyyət düşür. Hal-hazırda bu məqsədlə fəaliyyət göstərən təhsil ocaqlarından biri də Akif Qambayzadə adına 148 nömrəli tam orta məktəb və onun pedaqoji kollektividir. Esmira Babayevanın rəhbərlik etdiyi bu məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimlərindən Bağdagül Vəliyeva, Dürrətil Vəliyeva, Zöhrə İmanverdiyeva və Leylan Zeynalovanın təşkilatçılığı ilə adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuş, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmış Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə Füzuli poeziyasının Azərbaycan dilinin inkişafında mühüm rol oynadığı qeyd edilib. Bildirib ki, keçirilən tədbirlərin başlıca məqsədi Füzulini yenidən dünyaya Azərbaycan şairi kimi tanıtmaqdan ibarətdir və onun azərbaycanlı olmağı heç kimdə şübhə doğurmur. Füzulinin mənşəyi azərbaycanlı, dili isə Azərbaycan türk dilidir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Füzuli türk xalqlarını birləşdirmiş şəxsiyyətdir. Füzuli Şərqin, ümumilikdə isə dünyanın böyük sənətkarlarından, şairlərindən biridir. Dili, üslubu və şeirlərindəki məcazları baxımından dünyada onunla müqayisə oluna biləcək az şair var.

Ceyhun 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN