Qədim yunan filosofu Aristotel deyib ki, “atam məni bu dünyaya gətirib, amma müəllimim mənə bu dünyada həqiqi səadət yolunu tapmağı öyrədib”.

Müəllim! Bu sözün arxasında böyük məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi, ən şərəflisi məhz müəllimlikdir. Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar.

Müəllimlərimiz bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutan doğmalarımızdır! Onlar bizim parlaq sabahımızın təməlidir!

Belə müəllimlərdən – ömrlərini sevə-sevə bu peşəyə həsr edən müəllimlərimiz haqqında danışmaq istəyirəm.

Ömrünün mənalı və şərəfli ömür olduğunu aydın fikirlərdə təsdiqləyən Beyləqan Rayon Təbiət və Humanitar fənlər təmayüllü liseyinin direktoru Mehman Kərimov və onun pedaqoji kollektivi, Azərbaycan dili, ədəbiyyat müəllimi Svetlana Cəfərova, fizika müəllimi Gülü Quliyeva, tarix müəllimləri Aynur İbrahimova, Arzu Əliyeva məhz belə ömür sahiblərindəndirlər.

Bəşəriyyəti qaranlıq gecələrdən aydın sabahlara çıxaran, həyatlara, ömürlərə maarifçilik ziyası saçan, kiçikdən-böyüyə hər kəsin yolunu elm nuruna boyayan sönməyən, həmişəyanan çıraqdı belə müəllimlərin ömrü. Bu ömürdə təhsil, bilik xəzinəsinin qapıları açılır, neçə-neçə yeniyetmə, gənc bu xəzinədən pay götürüb həyat nərdivanını büdrəmədən qalxır, həqiqi səadət, irfan yolunu tapır, kamilləşir, cəmiyyətdə üstün mövqe qazanır, xətir-hörmət sahibi olur, onlarla peşə, sənət sahibi yetişir, vətənin torpaqlarını qoruyan, onu azadlığına qovuşduran yüzlərlə qəhrəman, igid formalaşır.

Beyləqan Rayon Təbiət və Humanitar fənlər təmayüllü liseyinin müəllim kollektivinin məqsədi məhz şagirdlərinə həqiqi səadət yolunu tapmaqda köməklik etməkdir. Bu məsuliyyətli və şərəfli işdə müəllimlərin əməyinin yüksək nəticələr verməsi, böyük uğurların qazanılması, gələcəyimizə hər zaman işıq, şölə saçması diləyi ilə...

CEYHUN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN