booked.netbooked.net booked.net  

ABŞ-ın Boston şəhərində həkimlər ilk dəfə xəstəyə geni dəyişdirilmiş donuz böyrəyini köçürüblər.

TEZADLAR.AZ xarici mediaya istinadla xəbər verir ki, Bostondakı Massaçusets xəstəxanasından bu barədə məlumat verilib.

Bildirilib ki, cərrahların geni dəyişdirilmiş donuz böyrəyini köçürdüyü 62 yaşlı Riçard Slaymanın vəziyyəti yaxşıdır və o, tezliklə evə buraxılmasını gözləyir.

“11 ildir ki, xəstəyəm. Həkimlər mənə böyrək transplantasiyası olacağını söylədikdə, bunun yalnız mənə deyil, orqan nəqlinə ehtiyacı olan minlərlə insana ümid verə biləcəyinə sevindim. Həmin xəstələr də öz sağlamlığına qovuşacaq və sağ qala biləcəklər”, - deyə R.Slayman qeyd edib.

Həkim Tatsuo Kavai bu transplantasiyanın böyrək çatışmazlığı olan milyonlarla insana kömək edə biləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edib ki, 2022-ci ildə beyin ölümü olan iki xəstəyə böyrək köçürülməsi üçün cəhd olunmuşdu. 2022-ci il yanvarın 7-də ABŞ-ın Merilend ştatında yerləşən bir xəstəxanada ilk dəfə donuz ürəyi köçürülən 57 yaşlı David Bennett əməliyyatdan iki ay sonra dünyasını dəyişib. Eyni xəstəxanada 2023-cü il sentyabrın 20-də ikinci dəfə donuzdan insana ürək nəqli əməliyyatı edilib və transplantasiya edilən 58 yaşlı Lourens Faucette əməliyyatdan altı həftə sonra vəfat edib.

AzərTac

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN