booked.netbooked.net booked.net  

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrinə vaksinin üçüncü dozasının vurulması ilə bağlı məcburiyyət olduğuna dair sosial şəbəkələrdə məlumatlar yayılıb.

Həmçinin qeyd olunub ki, üçüncü dozanı qəbul etməyənlər universitetə buraxılmayacaqlar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə trend-ə açıqlama verən ADU-nun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, təhsil müəssisələrində inzibati və pedoqoji heyətin vaksinin üçüncü dozasını vurdurması məcburidir.

"Hazırda ADU-da tələbələrdən üçüncü dozanın tələb olunması ilə bağlı məcburiyyət halları yoxdur. Üçüncü dozanın vurulması tələbələrə tövsiyə xarakteri daşıyır" - deyə ADU rəsmisi bildirib.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN