booked.netbooked.net booked.net  

 Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun  rəhbəri, siyasi ekspert Azad Məsiyevin ABŞ-Rusiya münasibətləri ilə bağlı fikirlərini oxucularımıza təqdim edirik:

-ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol ölkəsinin Ukraynanı aldatdığını dolayısı ilə təsdiqləyib. O, qeyd edib ki, 2021-ci ildə bizim diplomatlar bütün gücləri ilə Kiyevi inandırmağa çalışırdılar ki, Ukrayna alyansa qoşula bilər. Biz bunu az qala hər gün təkrarlayırdıq. “Doğrudanmı diplomatlar aldadırdı?” – aparıcı sual verib. Makfol bu suala gülərək cavab verib: “Dünya reallıqda belə qurulub”. Siz bu fikiri necə şərh edərdiniz?

-Sabiq səfir Maykl Makfolun dedikləri səmimi etirafdır, səfirlər rəsmi Vaşinqton və Pentaqon tərəfindən hazırlanmış təlimatlar əsasında davranıb, dövlətin onların qarşısında qoydğu hədəfləri həyata keçiriblər. Səfirlər dövlətin xarici siyasətini həyata keçirməklə vəzifəlidirlər. Sabiq səfir Maykl Makfolun dedikləri bir daha onu göstərir ki, ABŞ Ukrayna dövlətini və  xalqını aldatmaqla strateji planlarını həyata keçirib. NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin Rusiya üçün təhdid olduğu barədə prezident Putin rəsmi şəkildə Vaşinqtonu və NATO rəhbərliyini xəbərdar etmişdi. Putinin xəbərdarlığına baxmayaraq ABŞ rəhbərliyi  Ukrayna dövlətini münaqişəyə sürükləmiş və nəticədə  Rusiya ilə konfilikt baş vermişdir, daha doğrusu Rusiya-Ukrayna münaqişəsini başlatmaqla yalan üzərində həqiqət yaratmışdır. Hadisələr göz qabağındadır, Rusiya-Ukrayna münaqişəsinin fitilinin ABŞ tərəfindən yandırılması dünya içtimayyətinə açıq- aydın bəllidir. Amerika imperatorluğunu möhkəmləndirmək üçün Ukrayna dövlətindən və xalqından alət kimi istifadə edib və hazırda da istifadə edilir. Bu gün də ABŞ məlum münaqişənin sülh yolu ilə həllinə mane olur, münaqişəni körükləməklə məşğuldur. ABŞ, Rusiya-Ukrayna münaqişəsini başlatmaqla dünyanın iqtisadi-siyasi sistemində bilərəkdən xaos yaratdı, nəticədə Avropa Birliyi və NATO blokunun öz təsiri altında qalmasını təmin etdi. 

-Rusiya-Ukrayna münaqişəsinə dünyada müxtəlif yanaşmalar var, Azərbaycan cəmiyyətində bu münaqişəyə yanaşma necədir?

-Qeyd edim ki, məsələyə bir qədər qlobal prizmadan yanaşsaq daha məqsədə uyğun olardı. Rusiya-Ukrayna münaqişəsi beynəlxalq aləmdə iqtisadi, siyasi böhran yaradır. ABŞ dünyada  münaqişələri alovlandırmaqla, eyni zananda dünyada iqtisadi-siyasi xaosun yaranmasında maraqlıdır, bunun fonunda Birləmiş Ştatlar strateji məqsədlərini məharətlə həyata keçirməkdədir. Bildiyiniz kimi, dünya arenasında ABŞ-la Rusiyanın maraqları həm siyasi, həm də iqtisadi sahədə toqquşub. SSRİ-nin dağılması və Varşava Birliyinin süqutundan sonra ABŞ  imperatorluğunun əl-qolu açıldı. ABŞ dünya dövlətlərini öz itaəti altında idarə etmək kimi planlarını işə salmağa başladı, buna qismən də olasa nail olmaqdadır. Birləmiş Ştatlar iddialarını demokratiya ideyası adı altında işğalçılıq siyasətini həyata keçirməklə, imperatorluğunun hüdudlarını genişləndirməyə hədəfləyib. Bir sözlə, ABŞ demokratiya, insan haqları kimi bəşəri dəyərlərdən məqsədinə çatmaq üçün vasitə kimi istifadə etmiş və hazırdada istifadə etməkdədir. ABŞ imperiyasının genişlənməsinin qarşısını ala biləcək yeganə ölkə Rusiyadır, bu iki super dövlətin maraqları bir çox sahələrdə o cümlədən NATO-nun Rusiyaya doğru genişlənməsi prosesində də toqquşur. Ukrayna bu toqquşmanın pik həddi idi. ABŞ, Rusiya-Ukrayna münaqişəsini yaratmaqla dünya nizamını pozdu, dünyada yaranmış iqtisadi-siyasi krizis getdikcə güclənir, vəziyyətin tezliklə düzəlməsi xəyal olaraq qalır. Belə olan təqdirdə hadisələrin bütün dövlətlərə, o cümlədən Azərbaycana da təsiri qaçılmazdır. Bu baxımdan ölkəmizdə, içtimaiyyət arasında Rusiya-Ukrayna münaqişəsinə baxış müxtəlifdir. Hesab edirəm ki, hadisələrə iki prizmadan, milli maraqlrımız və bəşəri baxımdan yanaşılmalıdır:

-Milli və dövləti maraqlarımız tələb edir ki, böyük qonşumuz olan Rusiya ilə münasibətlərimiz sözün əsl mənasında yaxşı olmalıdır…

 - Bu maraqlar hər sahəni özündə əks etdirir, həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan münasibətlərin inkişafı hər iki dövlətin milli maraqlarına uyğundur. 2022-ci ilin fevral ayının 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında” Bəyannamə imzalanası təqdirəlaiq məsələdir.

Buna baxmayaraq cəmiyyətdə bəzi insanlar, siyasi ekpertlər Rusiya ilə münasibəti kəsmək, Rusiyanı düşmən kimi görmək istəyənlər mövcuddur. Həmin insanların bu sahədə içtimai fikri formalaşdırmaq cəhdləri milli maraqlarımıza deyil,  butünlükdə ermənilərin maraqlarına xidmət etmiş olur. Tarix boyu ermənilər Azərbaycan-Rusiya münasibətlərini pozmaqla məqsədlərinə nail olublar. Bununla da Azərbaycanda olan bəzi insanlar bilərəkdən və ya bilməyərəkdən ermənilərin planlarına xidmət etmiş olurlar. Bir də ki, Rusiya ilə düşmənşiliyin nəticəsi göz qabağında olan Ukrayna var, Rusiyanın Cənubi Qafqaza iqtisadi-siyasi təsir imkanları Qərbin təsir imkanlarından genişdir. Unudulmamalıdır ki, bizim iqtisadi baxımdan idxal-ixrac əməliyyatlarımız Rusiya bazarına bağlıdır, eyni zamanda Rusiyada milyonlarla soydaşlarımız çalışır onların Rusiyada rahatlığı dövlətlərin bir- birinə münasibətindən asılıdır. Eyni zamanda qeyd etmək yerinə düşərdi ki, 44 günlük müharibə zamanı Rusiyanın bitərəf  mövqeyi bizim maraqlarımıza uyğun idi.

Siyasi baxımdan Ermənistan-Azərbaycan münaqişəsinin de-yure həlli Rusiya ilə münasibətlərin yaxşı olması ilə bağlıdır. Bundan başqa, türkdilli ölkələrin əməkdaşlığı və inkişafı, bir millət, bir ittifaq fəlsəfəsinin həyata keçməsi üçün Rusiya-Türkiyə münasibətlərinin daha da yaxşı olması vacib məsələdir, bu münasibətlərin yaxşılaşması və gələcək inkişafı Azərbaycanla Rusiyanın münasibətlərindən bilavasitə asılıdır.  Birləşmiş Ştatlar Rusiyanı dünya siyasi arenasından şıxartmaq üçün ayrı-ayrı ölkələrdən alət kimi istifadə etməkdədir. Hesab edirəm ki, ABŞ-ın əlində alətə çevrilib Rusiya kimi nəhəng dövlətlə düşmənçilik etmək ağılsızlıqdır, bu cür yanaşma milli maraqlarımıza uyğun deyil. Bəzi insanlar Rusiyaya münasibəti tarixi keçmişə əsaslanaraq müəyyənləşdirirlər. Keçmişlə yaşayanlar gələcəyə gedə bilməzlər. Keçmişdəki hadisələrə görə qiymət verməklə uğur qazanmaq olmur, bu yol düz olsaydı, onda Yaponiya və ABŞ arasında düşmənçilik davam etməli idi və ya Almaniya ilə Avropa  dövlətləri arasında münasibət düşmənçilik səviyyəsində qalmalı idi.  Yaponiya, Avropa dövlətləri, Almaniya keçmişi keçmişdə qoydu, gələcəyə baxdılar.

- Dünyadakı hadisələrə,  o cümlədən ABŞ-Rusiya qarşıdurmasına bəşəri baxımdan baxsaq görərik ki, ABŞ-Rusiya, NATO-Rusiya siyasi-iqtisadi qarşıdurması bəşəriyyət üçün həm iqtisadi baxımdan, həm də hərbi baxımdan fəlakət yaradır...

-Bəli, ABŞ-ın imperiya maraqları dünyada illərlə yaradılmış iqtisadi sistemi dağıdır. Belə ki, ABŞ-ın təhriki ilə Rusiya-Ukrana münaqişəsinin yaranması dünyanın iqtisadi-maliyyə sisteminə güclü zərbə vurur. ABŞ-ın iradəsi ilə Rusiyaya qarşı yaradılan sanksiya koalisiyası dünya dövlətlərinin  iqtisadiyyatını çökdürür. Belə bir nəzəriyyə var,  təsirin əks təsirə bərabərlik pirinsipi. Dünyada yaranan iqtisadi xaos Azərbaycandan da yan keçmir. ABŞ-ın təhriki ilə NATO hərbi-siyasi bloku Rusiyanın sərhədlərinə doğru genişlənir, bunu Ukrayna, Gürcüstan, İsveç və Finlandiyanın fonunda görürük. ABŞ-ın imperiya hərisliyi bilərəkdən və ya bilməyərəkdən NATO-Rusiya münaqişəsini yaratmaqdadır. NATO-Rusiya qarşıdurması nüvə silahının işə düşməsi deməkdir, bu da bəşəriyyət üçün daha böyük fəlakətdir...

Dinlədi: A.Məmmədli

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN