booked.netbooked.net booked.net  

...Bu gün işə gələrkən yolda oğurluqla bağlı bir video izlədim. Orta yaşlı bir kişi, hətta cavan demək olar, mağazadan 3 ədəd şampun oğurlayıb. Əslində, oğurluq etdiyinə görə ona haqq qazandırmıram. Heç kim də ehtiyacdan oğurlayıb deyə haqq qazandıra bilməz. Çünki bir insanın əli, ayağı yerindədirsə və fiziki sağlamlığı ona işləməyə, pul qazanıb ehtiyaclarını təmin etməyə imkan verirsə, nə iş olur olsun, insan çalışmalıdır. Nəinki ehtiyacım var deyib, kiminsə malına göz dikib oğurluq etməlidir.
 Əvvəlcədən bunları qeyd etməklə məqsədim oğruya və oğurluğa olan  münasibətimi bildirməkdir. Heç bir ehtiyac sağlam adama oğurluq etməyə bəraət qazandıra bilməz. Xüsusi vurğulayaraq demək istəyirəm ki, oğurluq bir insanın özünü ishal etməməsindən irəli gələn bir səbəbdir. 
Əslində sözümün canı o deyil. Zatən, heç bir halda oğru və oğurluq cəmiyyətdə yaxşı qarşılanmayıb. Düzdür, istisna hallar da olur. Amma gəlin etiraf edək ki, bir insanın ərzaq dükanından ailəsi üçün oğurlayıb apardığı 2 çörəklə, bir oğrunun mağazadan o qədər də vacib olmayan bir şeyi oğurlaması tam fərqli  bir nüanslardı. Bu gün videosunu izlədiyim fakt da ikinci hala aid idi. Təsəvvür edin mağazadan 3 ədəd saç şampunu oğurlayan adam onu bədənində paltarının altında gizlətməyə cəhd etsə də, yaxalanır. Kameraya düşən oğrunu iş başında isti izlərlə yaxalayan mağaza işçiləri onu əslində, onunla yaxalanmış oğru kimi deyil, sanki ələ keçmiş düşmən kimi rəftar edirlər. Onun oğurladığı şampunları əlindən alıb üst-başına tökürlər, yumruqla, şilləylə vururlar, vətəndaşı təhqir edirlər, hətta bu azmış kimi ətrafdakı işçilərdən biri də kameraya çəkir və sosial şəbəkədə yayırlar.
Əvvəla, bildiyimiz kimi,  hər hansı bir əmələ görə hüquq mühafizə orqanları tədbir görə bilərlər. Hadisə yerinə polis çağırılmalı olduğu halda onlar vətəndaşı vurur, təhqir edir, bədən xəsarətləri yetirir, vətəndaşın hüquqlarını pozur, ona qarşı şərəf və ləyaqətini alçaldacaq hərəkətlər edirlər. Hətta özləri bilməyərək bilavasitə özlərinə qarşı qanun qarşısında məsuliyyət tələbi yaradırlar. Belə ki, vətəndaşdan 3 ədəd şampuna görə 100 AZN tələb edirlər, o etirazını bildirib polis çağırmalarını təklif etdikdə isə onu vuran market işçisi ona bildirir ki, polis gəlsə sənin burda meyidini sərəcək...
***
Mən bütün hərəkətləri bir kənara qoyub, hörmətli DİN-nin məsul əməkdaşlarından polis adına şər-böhtan yaxan,  vətəndaşdan qanunsuz yolla dəymiş ziyanın əvəzindən dəfələrlə artıq məbləğdə pul tələb edən, vətəndaşa qarşı şərəf və ləyaqətini alçaldan bu dırnaqarası qoçulara qarşı tədbir görülməsini xahiş edirəm. 
Qanunvericiliyə gəlikdə, insanların razılığı olmadan onların üzr videosunun çəkilib yayılması qadağandır. Xüsusən, bir nəfərin şiddətə məruz qalaraq üzr istədilməsi ictimai qaydanın pozulması və ictimaiyyətə hörmətsizlikdir. Bu da vətəndaşın üzərində zor tətbiq etmə ilə müşahidə olunur. Bu, Azərbaycan Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin tərkibini özündə ehtiva edir. Təbii ki, hadisə araşdırılıqdan, ifadələr alındıqdan sonra bu və ya digər maddə üzrə cinayət işi açıla bilər. Bəzən bu cür xuliqanlıqlar ən mənasız hadisələrə görə baş verir. Təəssüf ki, bir neçə nəfərin qrup şəklində bir nəfərə şiddət göstərməsi kimi videolarla rastlaşırıq. Burada ikinci maddə sözsüz ki, özbaşınalıqdır (Cinayət Məcəlləsinin 322-ci maddəsi). Bu maddəyə görə müəyyən səhv edən-oğurluq edən insanı hüquq-mühafizə orqanları deyil, bir qrup şəxs cəzalandırır. Halbuki həmin şəxsin törətdiyi əməllə bağlı polisə məlumat verilməli və polis onun barəsində tədbir görməli idi. Ümumiyyətlə bu cür videoları cəmiyyətin hər təbəqəsindən, hər yerdən silinməli və buna son qoyulmalıdır. Və onları yayanlar da cəzalandırılmalıdır.
Sevinc MURADXANLI
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN