Можно ли перевоспитать армян с обремененной генетикой

Можно ли перевоспитать армян с обремененной генетикой

Средневековый армянский Дадиванк, расположенный в оккупированном Азербайджаном Карвачарском районе Арцаха, передан в управление удинской общине.

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ BİLƏR

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ BİLƏR

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ərəb respublikasının şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar m...

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR Kİ...

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR Kİ...

Prezident İslam dünyasına müraciət etdi

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ!

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ!

Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür...

TBİLİSİNİN MƏRKƏZİNDƏ GENİŞMİQYASLI MİTİNQ BƏRPA EDİLİB

TBİLİSİNİN MƏRKƏZİNDƏ GENİŞMİQYASLI MİTİNQ BƏRPA EDİLİB

Ötən gecədən Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən parlament binası önünə toplaşıblar.

XÜSUSİ İSTİNTAQ QRUPU JURNALİSTLƏRƏ TƏZYİQİ ARAŞDIRIR

XÜSUSİ İSTİNTAQ QRUPU JURNALİSTLƏRƏ TƏZYİQİ ARAŞDIRIR

Ötən gün Tbilisidə aksiyanı işıqlandıran jurnalistlərə qarşı polis basqısı olub...

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-X HİSSƏ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-X HİSSƏ

Yaramaz insanlar haqqında         Həyat sevinc bulağıdır. Ancaq yaramaz insanlar  bu bulaqdan su içdkdə bulaq zəhərlənir.         Mən təmiz hər şeyi...

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co” LTD ŞİRKƏTİNİN ŞİKAYƏTİ ARAŞDIRILIR

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co” LTD ŞİRKƏTİNİN ŞİKAYƏTİ ARAŞDIRILIR

(Şəkildə: solda-Rəşad Qasımov, sağda-Kənan Zeynalov) Çinin "Beijing Nubway S&T Co” LTD şirkətinin şikayəti əsasında Antiinhisar və İstehlak Bazar...

ŞOU ƏHLİNƏ ADLI TƏQAÜD 200 MANAT, VETERANA 80 MANAT?

ŞOU ƏHLİNƏ ADLI TƏQAÜD 200 MANAT, VETERANA 80 MANAT?

Toyları 15-20 min manata oxuyan Xalq artistinə hər ay 200, Əməkdar artistinə 150 manat, amma canını Vətən yolunda əsirgəməyərək, qələbə qazanan və dir...

MEDİA

30-Noy-2024 By Asif Memmedov

TBİLİS…

Ötən gecədən Hökumətin qərarına etiraz edən vətənd

Detay

- Araşdırma -

“Paytaxtın mərkəzində ürək bulandıran mənzərə yerinə çevrilən bu yarımçıq tikili, nədənsə, heç sanitariya nəzarətçilərinin də diqqətini cəlb etmir...”

...Paytaxtımızın simasının yaxşılığa doğru dəyişməsi, nəinki bizi, Bakıya gələn xarici qonaqları da məftun edir. Son illərdə tikilmiş bir-birindən yaraşıqlı və müasir binalar, yeni salınmış parklar, abadlaşdırılan küçə və prospektlər şəhərimizə xüsusi gözəlliklər bəxş edir. Bu gözəlliklərin keşiyində dayanmaq, onu qorumaq hamımızın borcudur.

Yazını hazırlayanda məqsədimiz kiminsə əlinə keçirdiyi torpaq sahəsindən bəhs etmək deyildi. Sadəcə olaraq, həmin torpaq sahələrində ətrafa eybəcərlik gətirən tikililərdən və həmin tikintilərin zirzəmilərində yığılıb qalan böyük zibil qalaqlarından bəhs etməyi planlaşdırdıq.

Binəqədi rayonunun C.Xəndan küçəsindəki “Zirvə” şadlıq evi ilə qarşı-qarşıya dayanan bir yarımçıq bina var. Həmin tikilinin əndrabadi görkəmi yoldan keçənləri də narahat edir. Piyadalar adətən tikilinin yanından ehtiyatla addımlayıb keçirlər. Qorxurlar ki, külək hansısa daşı dığırladıb başlarına sala bilər. Neçə-neçə belə hadisənin şahidi olmuşuq. Sakinlərin ifadəsinə görə, yarımçıq obyektin sahibi Baş prokurorun keçmiş müavini Rüstəm Usubovdur. Yaş həddinə görə vəzifədən çıxarılandan sonra inşaat işləri dayandırılmışdır. Gediş-gəliş yolunun arasındakı kiçik bir əraziyə zorla pərçimlənmiş bu binaya, görünür, Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsindən razılıq da alınmayıb.Yoxsa, ətrafın harmoniyasını pozan, yolu keçənlərin rahatlığını əlindən alan belə bir tikiliyə çətin ki, icazə verilərdi.

***

...Atatürk prospektindəki məşhur parkla üzü metronun “Gənclik” stansiyasına doğru  addımlayırıq.Təmirdən sonra parkda yaradılan səliqə-sahmanla yanaşı, xeyli abadlıq işləri görülüb. Buradakı iaşə obyektləri yenidən qurulub, xeyli sayda əyləncə obyektləri yaradılıb. Könüllərə fərəh gətirən, uşaqların dünyasını rəngləyən həmin qurğulara, təəssüf ki, yetərincə nəzarət olunmur. Odur ki, az vaxt ərzində qurğuların bəzisi əvvəlki sazlığını itirib. Parkda istirahət edən yaşlıların narazılığı isə təmirdən sonra iaşə obyektlərində əvvəllər iki manata satılan bir çaynik çayın birdən-birə altı-səkkiz manata yüksəlməsi ilə bağlı oldu. Bununla da, belə çıxır ki, obyekt sahibləri ölkə rəhbərinin insanlara bəxş etdiyi bu xeyirxahlığı kölgələməyə cəhd göstərirlər... İaşə obyektlərində müştərilərə verilməyən ödəniş qəbzləri də diqqətimizi çəkdi. Görünür, obyekt sahiblərinin əlləri çox uzun olduğundan vergi müfəttişləri də bu yerlərə gəlmir.

Vergidən söz düşmüşkən, vaxtı ilə bir tanışımın dediklərini xatırladım. Kiçik müəssisə yaratmışdı. Ziya Məmmədovun yol və körpü tikənləri ilə iş qurmuşdu. İş qurmuşdu, deyəndə, onların pullarını elə öz banklarında-işbankda 0,3 faiz gəlir qarşılığında nağdlaşdırma ilə məşğul olurdu. Guya, onların obyektlərinə Mingəçevirdən qum-çınqıl daşıyırdı. Əslində isə heç nə gətirmirdi. Sadəcə, Z.Məmmədovun adamları onlara büdcədən ayrılmış pulları bu yolla nağdlaşdırırdılar.

Söhbətin məğzi ondan ibarətdir ki, vergi orqanları onların da fəaliyyətinə nəzarət edə bilmirdi. Aylıqlarını alır, müəssisə müdirlərinə sənədləri arxivlərdə, guya yer yoxdur arayışı ilə yandırmağı məsləhət görürdülər. Ola bilsin ki, elə indi də vəziyyət dəyişməyib. Əmtəəsiz nağdlaşdırma oyunu İcra Hakimiyyəti Başçılarının da ən sevimli işlərindən biridir. Başçıların indi də həmin yolla büdcəni talaması davam edir... Tutulanların cinayət işi bunu sübut etmirmi?!

***

…İrəliləyib parkdakı “Çinar” restoranına yaxınlaşırıq. Burda birdən-birə qarşımızı nəhəng hasarlar kəsir. ”Gənclik” stansiyasına yaxınlaşmaq üçün avtomobil yolu ilə getmək məcburiyyətində qalırıq. Bir vaxtlar “Şuşa” kino-teatrının yerləşdiyi bu yer indi kiminsə zavalına gəlib. Dörd tərəfdən hasarlanan yer başdan-başa xarabalıq və viranəlikdir. Danışıqlardan belə məlum oldu ki, viranəliyə çevrilmiş ərazinin sahibi var, indi haralarasa gedib. Əlbəttə, onun haralara getməsi bizim üçün maraqlı deyil. Maraqlı odur ki, Atatürkün adını daşıyan prospektdəki parkda abadlıq və təmir işləri aparılarkən necə olub ki, bu boyda xarabalığı görən olmayıb?

 

Çətinliklə də olsa irəli gedib “Özsüt” restoranının ərazisinə çatırıq. Buranın səliqə-sahmanı diqqət çəkir. Hiss olunur ki, ətrafın qayğısına qalırlar. Restoranın qarşısında geniş bir pullu dayanacaq var. Kimlərsə ətrafı zəncirləyib dayanan maşınlara görə pul tələb edirlər. O tərəfdə- “Gənclik-MOLL”un qarşısında avtobus əlindən tərpənmək olmur. Avtobuslar yer azlığından az qalır bir-birinin üstünə çıxsınlar. Fikirləşdik ki, qarşı tərəfdə- “Özsüt” restoranının qarşısında böyük bir ərazi boş ola-ola, nə əcəb BNA mikrorayonlar tərəfdən gələn avtobusları həmin pullu dayanacaq olan yerə keçirmir? Bunun üçün, sadəcə, Atatürk prospekti ilə hərəkət edən avtobusları körpüyə daxil olmamış bir giriş yolu açmaqla metronun üstündəki geniş əraziyə yönəltmək lazımdır. Sərnişinlər üçün də rahatlıq verəcək bu məsələ haqqında aidiyyəti qurumların düşünməsi xeyirli olar.

***

...Tamamlanmamış tikintidən biri də Əlizadə küçəsi ilə Atatürk prospektinin kəsişməsində, Nərimanov rayon Prokurorluğunun qonşuluğundadır. Doqquzmərtəbəli binaya  prospekt tərəfdən pərçimlənib. Zirzəmisi zibil anbarına çevrilən bu binanın sahibinin çox imkanlı bir məmur olduğu söylənilir. Sakinlərin gününü göy əskiyə bükən bu obyektin inşası yazılı müraciətlərdən sonra Mehriban xanım Əliyevanın göstərişi ilə dayandırılıb. Amma söküntüsü hələ də aparılmır. Nəticədə metroya tərəf addımlayanlar səkidən məhrum olublar. Obyektin mərtəbələrarası hissəsini özlərinə əyləncə yeri seçən uşaqlar üçün də bu yarımçıq bina ciddi təhlükə yeridir.

***

...Digər bir natamam tikili isə Ceyhun Hacıbəyli küçəsində “Azərbaycan” universitetinin qarşısındadır. Bir-neçə mərtəbəsi tikilmiş bu obyektin ərazisi avtomobil ustalarının iş yeri, “Ağ çiçəyim” mağazalar şəbəkəsinin isə lazımsız əşyalar anbarıdır. Belə söyləyirlər ki, obyektin sahibi keçmiş səhiyyə naziri Əli İnsanovdur. Guya o burda özəl bir klinika yaratmaq istəyirmiş. Olsun! Amma ətrafa xarabalıq kabusu gətirən, zir-zibil mənbəyi olan bu ərazini tezliklə ovqatlara rahatlıq verən bir guşəyə çevirmək lazımdır.

***

Bakı Dəmiryol Vağzalının həndəvərində, uçuq-sökük binalara bitişik bazarın yanında uzun illərdən bəri atılıb qalmış bir bina var. Orada rastlaşdığımız adamların ifadələrinə görə obyekt  “Şərurlu Vəli” deyilən birinə məxsusdur. Neçə illərdir obyekti atıb haralarasa gedib. Başlı-başına qalan bina baxımsızlıqdan antisanitariya mənbəyinə çevrilib. Zirzəmisi gəmiricilər və zibil qalağı ilə doludur. Paytaxtın mərkəzində ürək bulandıran mənzərə yerinə çevrilən bu yarımçıq tikili, nədənsə, heç sanitariya nəzarətçilərinin də diqqətini cəlb etmir...

***

Araşdırmamızı dayandırmalı oluruq. Əlbəttə, Bakıda atılıb qalmış natamam tikililər çoxdur. Onların hamısını bir yazıda əhatə etmək isə imkansızdır. Bəzilərindən bəhs etməklə ən azından Bakı şəhər Meriyasını məlumatlandırmaq istədik. İnanmaq istəyirik ki, rəhbərlik Bakımızın simasını eybəcərləşdirən bu inşası dayandırılmış tikintilərlə maraqlanacaq, nöqsanları aradan qaldırmaq üçün lazımi addım atacaqlar. Və şəhərimizin abadlığı istiqamətində görülən işlərin sırasına sadaladığımız eybəcərliklərin aradan qaldırılmasını da əlavə edəcəklər.

Ədalət Teymurov,

“Təzadlar”ın xüsusi müxbiri

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb)

Pin It

CƏMİYYƏT

02-Dek-2024 By Asif Memmedov

Можно ли перевоспитать армян с…

Средневековый армянский Дадиванк, расположенный в

01-Dek-2024 By Asif Memmedov

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ…

Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin iş

27-Noy-2024 By Asif Memmedov

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co”…

(Şəkildə: solda-Rəşad Qasımov, sağda-Kənan Zeynalo

SİYASƏT

02-Dek-2024 By Elbar Şirinov

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ…

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb

01-Dek-2024 By Elbar Şirinov

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR…

Prezident İslam dünyasına müraciət etdi

23-Noy-2024 By Elbar Şirinov

ƏRDOĞAN NETANYAHUNUN HƏBSİNƏ ORDER VERİLMƏSİNƏ…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq

23-Noy-2024 By Elbar Şirinov

TÜRKİYƏ UKRAYNA MÜNAQİŞƏSİNDƏ QƏRBİN MÖVQEYİNİ…

Kiyevi silahla təmin edən ABŞ və Avropa Ukrayna mü

21-Noy-2024 By Asif Memmedov

COP29-A ŞOTLANDİYADAN DA DƏSTƏK GƏLDİ:…

Ötən gün Şotlandiya Parlamentində "COP29-un sülh q

MƏDƏNİYYƏT

29-Noy-2024 By Asif Memmedov

DAMM İB-NİN İDARƏ HEYƏTİ…

“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İB

28-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİNİN X QLOBAL FORUMDA…

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivi

28-Noy-2024 By Asif Memmedov

HİMALAY, HİNDİSTAN, ÇİN, BUTAN, NEPAL:…

 ...Yer kürəsinin dağ kəməri fransız Alpından başl

27-Noy-2024 By Elbar Şirinov

HƏFTƏBECƏR

Elza Seyidcahan ona verilişlərin birində “xalqa tə

25-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİ BMT SİVİLİZASİYALAR ALYANSININ…

26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şə

24-Noy-2024 By Asif Memmedov

MƏDƏNİ İRSİ NECƏ ÖYRƏNİRİK?- VİDEO

"Miras" mədəni irsin öyrənilməsinə kömək İctimai B

KRİMİNAL

02-Dek-2024 By Yasemen Memmedov

İXRACDAN ƏLDƏ OLUNAN VƏSAİTLƏRİ ÖLKƏYƏ…

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olu

02-Dek-2024 By Elbar Şirinov

BALAKƏNDƏ EVİNDƏ KÜLLİ MİQDARDA NARKOTİK…

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyat

02-Dek-2024 By Elbar Şirinov

YARDIMLIDA NARKOKURYERLİKLƏ MƏŞĞUL OLAN QOHUMLAR…

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkoti

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

02-Dek-2024 By Elbar Şirinov

"YETKİNLİK YAŞINA ÇATMAYANLAR ARASINDA AQRESSİV…

2 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq

02-Dek-2024 By Elbar Şirinov

SURİYA HƏRBÇİLƏRİ BİR GÜNDƏ TERRORÇULARIN…

Suriya hərbi qulluqçuları Rusiya Aerokosmik Qüvvəl

02-Dek-2024 By Elbar Şirinov

BARBOK ÇİNİ UKRAYNA MÜNAQİŞƏSİNİ QIZIŞDIRMAQDA…

Almaniyanın xarici işlər naziri Annalena Barbok de

02-Dek-2024 By Elbar Şirinov

DÖVLƏT EKOLOJİ TƏHLÜKƏSİZLİK XİDMƏTİNDƏN İCTİMAİ-İAŞƏ…

Ölkə ərazisində fəaliyyət göstərən bir sıra restor

02-Dek-2024 By Elbar Şirinov

"TƏMƏL DALĞIC KURSU"NUN NÖVBƏTİ BURAXILIŞ…

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ord

02-Dek-2024 By Elbar Şirinov

XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ MƏRAKEŞDƏ…

27-29 noyabr 2024-cü il tarixində Azərbaycan Respu

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

22-Noy-2024 By Elbar Şirinov

SOS! COVID-19 PANDEMİYASINA SƏBƏB OLANDAN 30…

Arktika Üzən Universitetinin alimləri Şimal Buzlu

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

02-Dek-2024 By Yasemen Memmedov

QAZAXI…

Qazaxıstan Respublikasında 2024-cü ilin noyabr ayı

TƏHSİL

02-Dek-2024 By Yasemen Memmedov

QIŞ AY…

Dekabr ayıdır, saat 8-ə qalır, amma hələ də alaq