ADİL ƏLİYEVİN SURAXANIYA GƏTİRDİYİ HÖRMƏT…

ADİL ƏLİYEVİN SURAXANIYA GƏTİRDİYİ HÖRMƏT…

Bugünkü yazımızda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyevin iş fəaliyyəti və dövlətçilik siyasətindəki rolu haqqında əldə ...

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sıra vəzifəli şəxslər saxlanılıb.

FEVRALDAN ƏN AŞAĞI PENSİYA MƏBLƏĞİ 320 MANAT OLACAQ – DEPUTAT SUALLARA AYDINLIQ GƏTİRİB

FEVRALDAN ƏN AŞAĞI PENSİYA MƏBLƏĞİ 320 MANAT OLACAQ – DEPUTAT SUALLARA AYDINLIQ GƏTİRİB

Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağı həl...

İRANLA AZƏRBAYCAN ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ NECƏ OLMALIDIR?

İRANLA AZƏRBAYCAN ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ NECƏ OLMALIDIR?

Ötən gün yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahəd...

"TƏZADLAR"IN DA DƏVƏT OLUNDUĞU "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLDİ - FOTOLAR

"TƏZADLAR"IN DA DƏVƏT OLUNDUĞU "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLDİ - FOTOLAR

 Xəbər verdiyimiz kimi, bu gün "Alov qüllələri"nin kino pavilyonunda Türkiyə istehsalı olan "Meşru gayrimeşru" filminin Qala gecəsi keçirildi...

ONU AZƏRBAYCANDA HƏBSDƏ OLAN İRAN CƏSUSU İLƏ DƏYİŞDİRDİLƏR VƏ...

ONU AZƏRBAYCANDA HƏBSDƏ OLAN İRAN CƏSUSU İLƏ DƏYİŞDİRDİLƏR VƏ...

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra "Facebook" səhifələrində müəyyən xarici dairələr tərəfindən

BAKIDA "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLƏCƏK

BAKIDA "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLƏCƏK

Bu gün "Alov Qüllələri"ndə yerləşən "Park Cinema" kinoteatrında Türkiyə istehsalı olan "Meşru gayrimeşru" filminin təqdimatı keçiriləcək.

İRAN RƏSMİLƏRİ FƏRİD SƏFƏRLİNİ AZAD ETDİ

İRAN RƏSMİLƏRİ FƏRİD SƏFƏRLİNİ AZAD ETDİ

Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.

Оскорбительные выпады Геворкян в адрес Азербайджана

Оскорбительные выпады Геворкян в адрес Азербайджана

  Этот российский политолог армянского происхождения обладает большими способностями в силу своего генетического происхождения фальсифицировать истори...

MEDİA

21-Yan-2025 By Asif Memmedov

Оскорб…

  Этот российский политолог армянского происхожден

Detay

Və ya... səninlə qürur duyuram, qazim

Bu gün Qazilərə olan məhəbbətimi, hörmətimi tərbiyə etdiyim 7 yaşlı övladıma da aşılamışam. Harda olursa-olsun bir Qazi görüncə, hərbi salam verib, Sizinlə fəxr edirik deməsi, Şəhid məclislərində Şəhid analarının əllərindən öpüb, “Siz baş tacımızsız, əzizi Şəhid anaları” deməyi mənim üçün bu sevgimin cavabıdır. Mən ətrafdan və ətrafımdakılardan bu sevgimə cavab gözləmirəm, anlay gözləmirəm. Məncə heç olmasa öz övladıma bunu aşılaya bilmişəmsə bu mənə yetər...

Mən 7 yaşlı uşağı həmişə özümlə Şəhid məclisinə aparıram. Çünki o məclislər mənəviyyatımızı, milli sevgimizi, ruhumuzu tərənnüm edir. Orda müqəddəs Şəhidlərimizin ailələri, baş tacımız Şəhid analarımız, bizimçün canından-qanından keçmiş Qazilərimiz olur. O Qazilərimiz Şəhidlırimizin döyüş fədakarlığından, qəhrəmanlığından danışır. Təbii ki, bunları dinləyən uşağın ürəyində böyük bir Vətən sevgisi yaranır. İzdihamı, Şəhidin anasına, Qaziyə olan hörməti görən uşaq Şəhidinin, Qazisinin qiymətini anlayır, dərk edir. Vətəndaş olaraq bizim də borcumuzdur ki, o igidləri tanıdaq və tanıyaq. Mən öz profilimə Qazinin şəklini qoyuramsa təbii ki, bunu ilk görən mənim ailəm, övladım olur. Artıq mən ilk öz ailəmdən, övladımdan başlayaraq 1 Qazini  tanıdıram. Bu şəkli profilimdə onlarla, yüzlərlə insan görür və tanıyır. Mən bir şəkillə öz vətəndaşlıq  borcumun, Qazimə, məmləkətimə, millətimə can verən, Qarabağın yaralı günündə ona qan verən bir oğulun qarşısında olan borcumun bir hissəsini ödəmiş oluram.

İçimdə bir dinclik, bir rahatlıq tapıram Qazi şəkli paylaşanda. Fəxrlə, qürurla baxıram o şəklə. Mənimçün fəxrdi ki, kimsə mənim profilimdə bu xalqın, bu millətin igid oğlunu görür. Məgər hamımız belə etsək, olmazmı? Məgər hamımız profillərimizi, sosial mediadakı şəxsi səhifələrimizi Qazi şəkilləri ilə bəzəsək olmazmı? Axı, onlar sıradan adi vətəndaşlar deyillər... Onlar bizi 30 ilin utancından azad edib, MƏĞLUB MƏMLƏKƏTİN MƏĞLUB VƏTƏNDAŞI adından xilas edib QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI edən, bir ovuc qara torpağı Vətən edən, minlərlə Şəhidimizin qisasını alan, Xocalıda yanıb külə dönmüş dinc sakinlərin, bətnində körpəsi  şişə çəkilən anaların, gözünü yurd həsrətiylə yuman neçə qarabağlının, soyuq meşələrdə ayaqları şaxtadan donub buz heykələ dönmüş neçə-neçə soydaşımızın qanını alan igid, qeyrətli oğullardı...

***

Bu gün də o qüruru onlara yaşatmaq bizim borcumuzdu. Çalışmalıyıq ki, yarımcan olmuş,  Vətənə can, qan vermiş övladlar öz zəhmətləri ilə qürur duya bilsinlər. Gözünü fəda etmiş Qazinin gözü, əli kəsilmiş Qazi, ayağını itirən Qazinin dayağı olmalıyıq. Oğlu Şəhid, Qazi olan analar kövrək, qəlbi sınıq olur. Niyə, bu sevgini onlardan əsirgəməliyik? Məgər çətin işdir Qazini sevmək, hörmət etmək, onunla qürur duyduğunu hiss etdirmək?! Unutmamalıyıq ki, damarlarında təmiz qan axan, ruhunda vətənpərvərlik sevgisi olan bir insan üçün çətin bir iş deyil...

Mənim əslim-köküm qarabağlıdır. Amma Qarabağı görməmişəm. Mən Ağdamı, Laçını, Füzulini, Xocalını, Şuşanı, Zəngilanı, Cəbrayılı, Qubadlını görməmişəm... Mən o torpaqları azad edən oğulları, Qaziləri görmüşəm...

Mən Qarabağa gedən yolu tanımıram. Qarabağın yolunu yolumuza qatan Qaziləri tanıyıram... Mənimçün Qarabağ Qazi Nərimanın kəsilmiş qolu, Muradın qəlpə dağıtmış əli, Rizvanın Vətən torpağında əmanət qalmış ayağı, Amilin yaralanmış gözüdür...

Mən Qarabağı görməsəm də  Qarabağı azad edib, Qarabağ Azərbaycandır nidasını dünyaya  bəyan edən Qarabağ Qazisini sevmək zorundayam... Çünki Qazilər olmasaydı, Şəhidlər olmasaydı Qarabağ da bizim olmayacaqdı...

Alimindən tutmuş idmançısına, tələbəsinə, həkiminə, hakiminə qədər hər birimizi tənədən azad etdi bu oğullar... Təsəvvür edin beynəlxalq  idman yarışlarında idmançılarımız nə qədər güclü olsalar da, lap 10 rəqib erməni idmançısını məğlub etsə də, bu heç nəyi dəyişmirdi. Sonunda bizim adımız torpaqları  işğal altda qalan məmləkətin vətəndaşı idi..  Xatırlayırsınız, bizim igid oğlumuz Ramil Səfərovu?! Erməninin başını kəsmişdi?! Bax, belə oğullar qoymadı Qarabağ unudulsun... Bu aqibət vətənpərvər olan hər azərbaycanlını gözləyirdi...Çünki millətini sevən heç bir qeyrətli kişi ya da qadın razı olmazdı ki, onun Vətəni, bayrağı aşağılansın, təhqir olunsun. Şəhidlərimiz, Qazilərimiz bizim hər birimiz əvəzdən bu qisası birdəfəlik aldılar...

***

Yadınızdadır, Tovuzda general Polad Həşimovun vurulması xəbərindən hiddətlənən xalq ayağa qalxıb səfərbərlik tələb etdi?! Əlinizi qoyun və özlüyünüzdə səmimi etiraf edin,  qorxdunuzmu oğlanlarınızın gedib müharibədə Şəhid olmasından?! Təbii ki, heç bir ata, heç bir ana istəməz övladı cavan yaşda qara torpağa köçsün?! Təbii ki, heç kim... Çünki hər kəsə övladı əzizdir. Amma bu o Qazilərdi ki, hamınızın övladı əvəzindən gedib Vətən torpağına can, qan qurban verdilər... Axı, torpaq suyla qarışanda palçıq, Şəhid, Qazi qanıyla qarışanda Vətən olur. Onlar da torpağa qan qatıb, bir ovuc qara torpağı Vətən etdilər...Bu gün də gəlin, biz onlara bu sevgini verib qürurlandıraq onları...

***

O Qələbə gününü yadınızdadır?! Həsrətlə hər gün ekran qarşısında oturub Ali Baş Komandan İlham Əliyevin qələbə çıxışını gözləyirdik... Rayonlar, hətta kəndlər alınanda  binalardan duyulan o izdiham, qışqırıq səsləri, sevinc atəşfəşanlığı, küçələrdə karantin qaydalarını pozub çal-çağır qurmağımız yadımızdan çıxdımı?! Bəs, fikirləşirdinizmi hər gün o kəndlər, rayonlar alındıqca neçə oğul Şəhid olurdu, neçə oğul Qazi olurdu, neçə ana-ata oğulsuz, neçə qardaş-bacı qardaşsız, neçə gəlin ərsiz, neçə körpə atasız qaldı?! Fikirləşdinizmi?!

Hətta noyabrın 8-də yollarda yaşanan izdiham, insanların gecəykən yollara axışıb, Şuşa alındı, Qarabağ Azərbaycandır! - deyib sevinərək çalıb-oynaması bu günə qədər yadımdadır. Əslində, müharibəyə yararlı, amma getməyən, ata-anasının səyi və verdiyi rüşvətin müqabilində səfərbərlikdən yayınan 100 min manatlıq maşında qızlarla sevincini bölüşən oğlanlar da yadımdadı... Sonralar Şəhid məclislərində olanda heç vaxt o 100 minlik maşın sürən oğlanları o məclisdə görmədim. Yəqin dərk etmirdilər ki, Qarabağı 100 minlik maşında sevinc paylaşmaq qədər asanlıqla azad etmədilər. Nə də Qarabağı 100 min manatlıq maşın sürən oğlanlar xilas etmədilər... Qarabağı qeyrəti ilə dünyaya meydan oxuyan qeyrətli  Azərbaycan övladları azad etdilər...

SƏNİNLƏ QÜRUR DUYURAM, QAZİM!!!

Hər birinizə sonsuz hörmət və məhəbbətlə...

Sevinc MURADXANLI

 

Pin It

CƏMİYYƏT

23-Yan-2025 By Yasemen Memmedov

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB -…

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sı

23-Yan-2025 By Yasemen Memmedov

FEVRALDAN ƏN AŞAĞI PENSİYA MƏBLƏĞİ…

Son günlər bizə olan müraciətlərin əksər hissəsi p

21-Yan-2025 By Yasemen Memmedov

BAKIDA "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA…

Bu gün "Alov Qüllələri"ndə yerləşən "Park Cinema"

SİYASƏT

23-Yan-2025 By Elbar Şirinov

ADİL ƏLİYEVİN SURAXANIYA GƏTİRDİYİ HÖRMƏT…

Bugünkü yazımızda Bakı şəhəri Suraxanı rayonu İcra

22-Yan-2025 By Asif Memmedov

İRANLA AZƏRBAYCAN ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ…

Ötən gün yanvarın 21-də Tehranda keçirilən görüşdə

21-Yan-2025 By Asif Memmedov

ONU AZƏRBAYCANDA HƏBSDƏ OLAN İRAN…

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad ol

21-Yan-2025 By Asif Memmedov

İRAN RƏSMİLƏRİ FƏRİD SƏFƏRLİNİ AZAD…

Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanası

21-Yan-2025 By Asif Memmedov

TRAMP BAYDENİN BƏZİ QƏRARLARINI "AXMAQ…

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzif

MƏDƏNİYYƏT

22-Yan-2025 By Elbar Şirinov

HƏFTƏBECƏR

Toyların birində müğənni Aygün Kazımova bəy- gəlin

21-Yan-2025 By Asif Memmedov

ŞƏRQDƏ İLK QADIN OPERA MÜƏLLİFİ…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mə

17-Yan-2025 By Asif Memmedov

GÖYÇAYDA YAZIÇI İLƏ MÖHTƏŞƏM GÖRÜŞ

  Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Göyça

17-Yan-2025 By Yasemen Memmedov

AXŞAM VAXTI AKTRİSANIN MƏZARINI ZİYARƏT…

 Xəbər verdiyimiz kimi,aktrisa Çimnaz Sultanova bi

15-Yan-2025 By Asif Memmedov

“Azərbaycan kinosunun…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

15-Yan-2025 By Yasemen Memmedov

SEVİNC HEYDƏROVA SAXTA SERTİFİKATLA ƏMƏLİYYATLAR…

"Türkiyə Cümhuriyyətinin Baş Prokurorluğu Xalq art

KRİMİNAL

23-Yan-2025 By Elbar Şirinov

NƏSİMİ RAYONUNDA ƏMƏLİYYAT: 16 KİLOQRAMDAN…

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfind

23-Yan-2025 By Elbar Şirinov

LƏNKƏRANDA SİLAH-SURSAT TAPILIB

Lənkəran şəhəri ərazisində yerləşən və hazırda ist

23-Yan-2025 By Elbar Şirinov

ÖLKƏYƏ QEYRİ-LEQAL YOLLARLA GƏTİRİLƏN 36…

Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq n

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

23-Yan-2025 By Yasemen Memmedov

DİQQƏTLİ OLUN: BU RESTORAN DA…

Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu

23-Yan-2025 By Elbar Şirinov

ÖTƏN SUTKA ƏRZİNDƏ 28 YANĞINA…

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirl

23-Yan-2025 By Elbar Şirinov

QƏRB TRAMPIN RUSİYANI TƏHDİD EDƏ…

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin

23-Yan-2025 By Elbar Şirinov

ERMƏNİSTAN AZƏRBAYCANLA MÜHARİBƏNİN MÜMKÜN OLMADIĞINI…

2025-ci ildə Ermənistanla Azərbaycan arasında geni

23-Yan-2025 By Elbar Şirinov

LOS-ANCELESDƏ YENİ GÜCLÜ YANĞIN BAŞLAYIB

Los-Anceles qraflığının Kastaik gölü ərazisində ye

23-Yan-2025 By Elbar Şirinov

TƏKRAR CİNAYƏT TÖRƏDƏN QADINI…

Vladimir məhkəməsi Leninqrad vilayətinin 32 yaşlı

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

16-Yan-2025 By Yasemen Memmedov

DÖVLƏT AGENTLİYİ UŞAQLAR ARASINDA YAYILAN VİRUSLA…

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

23-Yan-2025 By Yasemen Memmedov

TATARÇ…

Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsi, ev 23

TƏHSİL

23-Yan-2025 By Yasemen Memmedov

BANM-N…

Xanım tələbələrimizə afərin! BANM tələbələri KOB