booked.netbooked.net booked.net  

"Ali Attestasiya Komissiyasının yeni rəhbərliyi dövlət başçısı tərəfindən göstərilən etimada uyğun şəkildə fəaliyyət göstərir".

Tezadlar.az bildirir ki, bu sözləri biq.az-a açıqlamasında Professor Elşad Məmmədov bildirib. Sitat: "Son həftələr ərzində mətbuatda Ali Attestasiya Komissiyasının fəaliyyəti ilə bağlı bir sıra qərəzli çıxışlar olur. Düşünürəm ki, bu hal ölkədə elmin, təhsilin inkişafına öz mənfi təsirini göstərməkdədir. Belə ki, dövlət başçısı tərəfindən müvafiq kadr islahatı aparıldıqdan sonra Ali Attestasiya Komisiyasının yeni rəhbərliyi öz fəaliyyətində çevikliklə bağlı, neqativ hallarla mübarizə istiqamətində köklü müsbət dəyişiklikərə nail oldu. Bu da elmdə, təhsildə təsadüfən mövcud olmuş bir sıra insanlar tərəfindən müqavimətlə qarşılanmaqdadır. Çünki, bəzilərinin təsadüfi şəkildə ali məktəblərdə hansısa inzibati vəzifələr tutması onlarda elə bir iştah yaratdı ki, sanki, alim də ola bilərlər, dissertasiya da müdafiə edə bilərlər. Ali Attestasiya Komissiyası isə bu hallara qarşı sərt sədlər qoymağa çalışmaqdadır. Bu da həmin insanlar tərəfindən kifayət qədər sərt müqavimətlə qarşılandı. Bir sıra fərdlər, hansısa insanlar sözsüz ki, ekspert şuralarında da və bütövlükdə dissertasiyaların təhlilində də səhvlərə yol verə bilər. Amma, mən düşünürəm ki, bu bütövlükdə komissiyanın fəaliyyətinə kölgə salmamalıdır... Xüsusilə bir məqamı bildirmək istəyirəm ki, bir sıra çıxışlar olur ki, komissiya ləğv olunsun və elmi dərəcələr, elmi adlar ali məktəblər tərəfindən verilsin. Bu gün ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin fəaliyyəti onu deməyə əsas verir ki, bu olacağı halda təmamilə elmdən uzaq olan ali məktəb rəhbərlərinə yaxın olan insanlar qısa müddət ərzində professorlar, elmlər doktorları, dosentlər, fəlsəfə doktorları olacaq. Bu da Azərbaycan elmi üçün çox böyük fəsadların reallaşmasına yol açacaq. Ona görə də düşünürəm ki, bu tip məsələlərdə həssas münasibət nümayiş etdiriliməlidir".

Professor, həmçinin bildirib ki, ölkədə elmi dərəcələrin, adların verilməsi ilə bağlı qeyri-peşəkarlıq, qərəzlilik və öz şəxsi maraqlarından çıxış edilməsi kimi hallar Azərbaycan elminə, təhsilinə olduqca mənfi, sarsıdıcı zərbələr vura bilər: "Azərbaycan hüquqi dövlətdir. Hər hansısa qanun pozuntusu varsa, ölkdədə hüquq-mühafizə orqanları, məhkəmə sistemi var ki, onlar da öz qəraralarını verəcəklər. Sonda onu bildirmək istəyirəm ki, özlərini ekspert adlandıran bir sıra insanlar bütöv bir qrumun fəaliyyətinə kölgə salmamalıdırlar".

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN