Можно ли перевоспитать армян с обремененной генетикой

Можно ли перевоспитать армян с обремененной генетикой

Средневековый армянский Дадиванк, расположенный в оккупированном Азербайджаном Карвачарском районе Арцаха, передан в управление удинской общине.

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ BİLƏR

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ BİLƏR

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ərəb respublikasının şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar m...

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR Kİ...

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR Kİ...

Prezident İslam dünyasına müraciət etdi

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ!

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ!

Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür...

TBİLİSİNİN MƏRKƏZİNDƏ GENİŞMİQYASLI MİTİNQ BƏRPA EDİLİB

TBİLİSİNİN MƏRKƏZİNDƏ GENİŞMİQYASLI MİTİNQ BƏRPA EDİLİB

Ötən gecədən Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən parlament binası önünə toplaşıblar.

XÜSUSİ İSTİNTAQ QRUPU JURNALİSTLƏRƏ TƏZYİQİ ARAŞDIRIR

XÜSUSİ İSTİNTAQ QRUPU JURNALİSTLƏRƏ TƏZYİQİ ARAŞDIRIR

Ötən gün Tbilisidə aksiyanı işıqlandıran jurnalistlərə qarşı polis basqısı olub...

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-X HİSSƏ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-X HİSSƏ

Yaramaz insanlar haqqında         Həyat sevinc bulağıdır. Ancaq yaramaz insanlar  bu bulaqdan su içdkdə bulaq zəhərlənir.         Mən təmiz hər şeyi...

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co” LTD ŞİRKƏTİNİN ŞİKAYƏTİ ARAŞDIRILIR

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co” LTD ŞİRKƏTİNİN ŞİKAYƏTİ ARAŞDIRILIR

(Şəkildə: solda-Rəşad Qasımov, sağda-Kənan Zeynalov) Çinin "Beijing Nubway S&T Co” LTD şirkətinin şikayəti əsasında Antiinhisar və İstehlak Bazar...

ŞOU ƏHLİNƏ ADLI TƏQAÜD 200 MANAT, VETERANA 80 MANAT?

ŞOU ƏHLİNƏ ADLI TƏQAÜD 200 MANAT, VETERANA 80 MANAT?

Toyları 15-20 min manata oxuyan Xalq artistinə hər ay 200, Əməkdar artistinə 150 manat, amma canını Vətən yolunda əsirgəməyərək, qələbə qazanan və dir...

MEDİA

30-Noy-2024 By Asif Memmedov

TBİLİS…

Ötən gecədən Hökumətin qərarına etiraz edən vətənd

Detay

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tabeliyində olan M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Ə.Vahid adına 1 saylı filialında "Sonuncu əmr" romanının möhtəşəm ictimai müzakirəsi düzənləndi...

Əfsanəvi kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən bədii əsərin ictimai müzakirəsindən əvvəl filialın direktoru Mətanət xanım Qasımova qonaqları salamladı və sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət himni oxundu.

Tədbirə moderatorluq edən filialın direktoru Mətanət Qasımova məlumat üçün qeyd etdi ki, Prezident Fərmanı ilə yaradılmış Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası (Komissiyanın sədri Baş nazir Əli Əsədovdur) təqdim edilən əsərlərin (işlərin) rəsmi siyahısı Nazirlər Kabinetinin rəsmi portalında yayımlanıb. Eləcə də rəsmi media subyektlərində. Sitat: "...Çox şadam ki, Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında Avropa Mətbuat Federasiyasının üzvü, "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var.  Və ikiqat şadam ki, Azərbaycan ordusunun Ermənistan və Qarabağdakı separatçı rejim üzərində qəhrəmanlıq dolu Zəfər qələbəsindən bəhs edən bu əsər həm də bizim kitabxanada oxucularımızın və ziyalılarımızın iştirakı ilə ictimai müzakirəyə çıxarılıb. Əsəri az qala birnəfəsə oxudum və onu da deyim ki, bəhs edilən real hadisələrdən çox təsirlənmişəm... Həm də qürur duymuşam ki, bizim real qəhrəmanlar düşməni necə diz çökdürüblər. Romanda bu məqamlar olduqca peşəkarlıqla, bədii təsvirlərin bütün imkanlarından ustalıqla bəhrələnərək yazılmışdır. Müəllifi, tanınmış qələm ustası, jurnalist Asif Mərzilini gələcəyimizə bir əmanət olan bu tarixi faktlar dolu əsərinə görə təbrik edirəm...".

f-1

Sonra söz romanın müəllifi Asif Mərziliyə verildi. Müəllif kitabın yazılma səbəb və məqamlarından danışdı, ona ünvanlanmış sualları cavablandırdı.

İctimai müzakirələrdə çıxış edən Azərbaycanın Əməkdar müəllimi, filoloq, "Tərəqqi" medallı Nəzakət Əhmədova "Sonuncu əmr" romanının bədii dəyərlərindən və dil sadəliyindən, oxunaqlılığından danışdı: "...Bu əsər tariximizin ən şərəfli səhifələrinin gələcəyə ən etibarlı daşıyıcısıdır... Əsərdə nəinki 44 günlük Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun nümunəvi və örnək olan qəhrəmanlıq dolu döyüş yolu ən güclü bədii təsvir vasitələri ilə qələmə alınıb, həmçinin onun bir kəşfiyyatçı kimi döyüşkənliyi, 30 ildir torpağımızı işğal etmiş düşməndən qisas almaq yanğısı real faktlar əsasında qələmə alınıb...".

Tənqidçi-filoloq, "Carçı" jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva romanın digər məziyyətlərindən, eləcə də gənclərə vətənpərvərlik ruhunun aşılanmasındakı mühüm əhəmiyyətindən danışdı: "...Mən əsəri diqqətlə oxumuşam. Özüm də hərbçi ailəsiyəm və o qədər təsirləndim ki, təkrarən bir də oxumalı oldum... Orda 92-ci ildə ailəlikcə girov düşən Rəşad adlı uşağın acı, amma örnək olası həyatı da təsvir olunur. Ailəsi və qohumları gözünün qarşısında odda yandırılan Rəşad anasının "Sağ qalsan bu murdar ermənilərdən qisasımızı al, oğul!" hayqırtısını yadında saxlayır... Və zaman yetişir, o, hətta onu böyüdən, ali təhsil verən dayısının  qızı ilə evlənmə təklifini ermənilərdən qisas almaqdan sonraya saxlayır. Və o, "Qartal"la kəşfiyyata gedir və qisasını alır... Yazıçı, romanın müəllifi olduqca bir incəliyi burada təqdim edir: Rəşadın düşməndən qisas almaq ləyaqəti də kişiyana, əsl türk kişisinə yaraşan formada olur, bu qisas bir neçə ay sonra Qarabağda baş tutan və Ordumuzun qələbə ilə başa çatdırdığı qisas əməliyyatı ilə nöqtələnir... Bu peşəkar bədii təsvir və təqdimatına görə müəllifi ürəkdən təbrik edirəm...".

f-2

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Ruhiyyə Poladova çıxış edərək əsərə yüksək qiymət verdi: "...Mən bu əsəri oxuyanda inanın bir neçə gün özümə gələ bilmədim, əsərdəki hadisələrin təsirindən çıxa bilmirdim. Ona görə ki, bütün hadisələr real idi, uydurma deyildi, düşmənlərimizin tarix boyu bizlərə yaşatdığı və insanlığa yaraşmayan bədnam əməllərinin bədii təsviri idi... Orxan Əkbərovun döyüşdə əsgərlərindən öndə olması isə ayrı bir mövzudur. O, təkcə komandir yox, həm də əsgərlərinin atası, böyük qardaşı kimi öndə durur... Müəllif Asif Mərzilini bu möhtəşəm əsərə görə ürəkdən təbrik edirəm və inanıram, hissimdə də yanılmıram ki, əsər Dövlət Mükafatına layiq görüləcək...".

"Azərbaycan-İraq" İB-nin sədri Tahirə Məmmədova çıxışında əsərin bədii qayəsindən geniş danışdı: "...Əsəri oxuyanda bir anlığa dünyaya göz açdığım Şuşa, Daşaltı... gözümün qarşısına gəldi. Düşmən 30 il at oynatmışdı o yurdlarımızda. Amma Ali Baş Komandan İlham Əliyevin yaratdığı, arxa durduğu müzəffər ordumuz düşmənə kimliyini sübut etdi, Qarabağdan birdəfəlik rədd etdi. Əsərdə bu tarixi və real hadisələr elə təsvir edilib ki, bir-birindən ayırmaq olmur. Yəni, real hadisələr elə ustalıqla, bədii təsvirlərlə verilib ki, bilirsən ki, baş verənlər tamamilə reallıqdır, uydurulmuş hadisələr deyil. Əsərin bədii gücü və oxucunu özünə başlama vasitəsi də buna görə diqqəti çəkəndir... Odur ki, müəllifi, Asif Mərzilini bu bədii uğuruna görə təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram".

f-5

Daha sonra ictimai müzakirələrdə çıxış edən "Təzadlar" qəzetinin baş redaktor müavini, filoloq Elbar Şirinov əsər haqqında fikirlərini səsləndirdi. “Sonuncu əmr”in ərsəyə gəlməsində həmkarı, "Təzadlar" qəzetinin şöbə müdiri, eyni zamanda kitabın korrektoru Yasəmən xanım Məmmədlinin böyük zəhmətini düqqətə çatdırdı. Düşmən üzərində parlaq qələbəmizi əks etdirən “Sonuncu əmr” romanının şərəf tariximizi yazanların adını əbədiləşdirməyə xidmət etməklə bərabər, qəlbimizdə fəxarət, sevinc, hüzn kimi gözəl hisslər doğurduğunu vurğalayan E.Şirinov kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini bildirdi: “Real faktlara söykənən “Sonuncu əmr” romanı bədii təsvir və ifadə vasitələrinin imkanlarından geniş istifadə edilməklə, peşəkar səviyyədə qələmə alınıb. Romanı oxuduqca, orada baş verən hadisələr göz önündə canlanır, oxucu özünün xəbəri olmadan həmin hadisələrin içərisinə daxil olur və əsər boyu müəlliflə birgə, sanki qəhrəmanın taleyini yaşayır. Hesab edirəm ki, “Sonuncu əmr” romanı Azərbaycanın düşmən üzərindəki tarixi qələbəsini əks etdirən, Qarabağın uzun illər işğal altında qalan torpaqlarının tamamilə azad edilməsindən bəhs edən ilk bədii əsər kimi gələcək nəsillərə örnək olacaq bir tarixi dərs və belə demək mümkünsə, ən qiymətli ədəbi mirasdır”.

173 və 150 nömrəli tam orta məktəbin şagirdlərinin hərbi geyimdə vətənpərvərlik şeirləri söyləməsi isə tədbiri daha da ovqatlı və mənalı etdi...

İctimai müzakirələrdən sonra çıxış edən "Sonuncu əmr" romanının müəllifi Asif Mərzili iştirakçılara bir xoş xəbər də çatdırdı: "Yazıçılar adətən əsərlərində müharibə  qəhrəmanlarını kişilərdən seçirlər... Biləsiniz ki, istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində kişilərlə birlikdə döyüşən qadınlarımız da olub. Şəhidlərimiz arasında da qadın döyüşçülər var. Mən artıq ssenariləşdirirəm, növbəti əsərimin qəhrəmanı qadın olacaq...".

İştirakçılardan birinin "Həmin qadın qəhrəman kimdir?", - sualına Asif Mərzili belə cavab verdi: "Açığını deyim, o qəhrəmanı mən seçməmişəm, onun qəhrəmanlıq dolu həyatı məni müəllif olaraq seçib... Kimliyi isə əsər hazır olandan sonra açıqlanacaq...".

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

Y.Məmmədli

f-4

 

 

Pin It

CƏMİYYƏT

02-Dek-2024 By Asif Memmedov

Можно ли перевоспитать армян с…

Средневековый армянский Дадиванк, расположенный в

01-Dek-2024 By Asif Memmedov

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ…

Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin iş

27-Noy-2024 By Asif Memmedov

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co”…

(Şəkildə: solda-Rəşad Qasımov, sağda-Kənan Zeynalo

SİYASƏT

02-Dek-2024 By Elbar Şirinov

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ…

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb

01-Dek-2024 By Elbar Şirinov

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR…

Prezident İslam dünyasına müraciət etdi

23-Noy-2024 By Elbar Şirinov

ƏRDOĞAN NETANYAHUNUN HƏBSİNƏ ORDER VERİLMƏSİNƏ…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq

23-Noy-2024 By Elbar Şirinov

TÜRKİYƏ UKRAYNA MÜNAQİŞƏSİNDƏ QƏRBİN MÖVQEYİNİ…

Kiyevi silahla təmin edən ABŞ və Avropa Ukrayna mü

21-Noy-2024 By Asif Memmedov

COP29-A ŞOTLANDİYADAN DA DƏSTƏK GƏLDİ:…

Ötən gün Şotlandiya Parlamentində "COP29-un sülh q

MƏDƏNİYYƏT

29-Noy-2024 By Asif Memmedov

DAMM İB-NİN İDARƏ HEYƏTİ…

“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İB

28-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİNİN X QLOBAL FORUMDA…

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivi

28-Noy-2024 By Asif Memmedov

HİMALAY, HİNDİSTAN, ÇİN, BUTAN, NEPAL:…

 ...Yer kürəsinin dağ kəməri fransız Alpından başl

27-Noy-2024 By Elbar Şirinov

HƏFTƏBECƏR

Elza Seyidcahan ona verilişlərin birində “xalqa tə

25-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİ BMT SİVİLİZASİYALAR ALYANSININ…

26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şə

24-Noy-2024 By Asif Memmedov

MƏDƏNİ İRSİ NECƏ ÖYRƏNİRİK?- VİDEO

"Miras" mədəni irsin öyrənilməsinə kömək İctimai B

KRİMİNAL

02-Dek-2024 By Yasemen Memmedov

İXRACDAN ƏLDƏ OLUNAN VƏSAİTLƏRİ ÖLKƏYƏ…

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olu

02-Dek-2024 By Elbar Şirinov

BALAKƏNDƏ EVİNDƏ KÜLLİ MİQDARDA NARKOTİK…

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyat

02-Dek-2024 By Elbar Şirinov

YARDIMLIDA NARKOKURYERLİKLƏ MƏŞĞUL OLAN QOHUMLAR…

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkoti

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

02-Dek-2024 By Elbar Şirinov

SURİYA HƏRBÇİLƏRİ BİR GÜNDƏ TERRORÇULARIN…

Suriya hərbi qulluqçuları Rusiya Aerokosmik Qüvvəl

02-Dek-2024 By Elbar Şirinov

BARBOK ÇİNİ UKRAYNA MÜNAQİŞƏSİNİ QIZIŞDIRMAQDA…

Almaniyanın xarici işlər naziri Annalena Barbok de

02-Dek-2024 By Elbar Şirinov

DÖVLƏT EKOLOJİ TƏHLÜKƏSİZLİK XİDMƏTİNDƏN İCTİMAİ-İAŞƏ…

Ölkə ərazisində fəaliyyət göstərən bir sıra restor

02-Dek-2024 By Elbar Şirinov

"TƏMƏL DALĞIC KURSU"NUN NÖVBƏTİ BURAXILIŞ…

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ord

02-Dek-2024 By Elbar Şirinov

XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ MƏRAKEŞDƏ…

27-29 noyabr 2024-cü il tarixində Azərbaycan Respu

02-Dek-2024 By Elbar Şirinov

FOTOMÜXBİRLƏR MOSKVADA TASS-IN SEMİNARINDA İŞTİRAK…

Noyabrın 25-dən dekabrın 1-dək Rusiyanın Moskva şə

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

22-Noy-2024 By Elbar Şirinov

SOS! COVID-19 PANDEMİYASINA SƏBƏB OLANDAN 30…

Arktika Üzən Universitetinin alimləri Şimal Buzlu

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

02-Dek-2024 By Yasemen Memmedov

QAZAXI…

Qazaxıstan Respublikasında 2024-cü ilin noyabr ayı

TƏHSİL

02-Dek-2024 By Yasemen Memmedov

QIŞ AY…

Dekabr ayıdır, saat 8-ə qalır, amma hələ də alaq