booked.net booked.net  

 Ankara Orta Şərq Texniki Universitetinin (ODTÜ) müəllimi 10 il əvvəl qrupu ilə hazırladıqları yanğınlarla susuz mübarizə aparacaq maşın maketini üzə çıxarıb

Türkiyə KİV-nin məlumatına görə, meşənin yumşaq torpaq xüsusiyyətini istifadə edərək qumlama üsuluyla alovlarla susuz mübarizə aparacaq yerli yanğınsöndürmə maşınının istehsalı gözlənilir.  Ankara Orta Şərq Texniki Universitetinin (ODTÜ) müəllimi, dizayner üzrə dosent Hakan Gürsu dünyada meşə yanğınlarının artması ilə əlaqədar 10 il əvvəl qrupuyla yanğınlarla susuz mübarizə aparacaq maşın maketini hazırlayıb.

  Yanğından əvvəl yanma riski olan sahələrin üzərini qumla örtmə, yanğın zamanı alovları söndürmə, yayılmasına mane olma, yanğından sonra isə əkiləcək ağaclar üçün torpaq qazan maşın 540 at gücündə çalışacaq.

  Sözügedən mövzu ilə bağlı H.Gürsu deyib: “Maketi hazırlanan yanğınsöndümə maşını xammal olaraq meşənin yumşaq torpaq hissəsindən  istifadə edəcək.

  "Atəş cəngavəri" (Fire Knight) adı verilən maşının xüsusiyyətləri və iş şəkli belədir. Arxada bir ekskavatorumuz var ki, 1,80 metrlik dəlik açacaq, oradan torpaq çəkəcək və sonra oranı sürətlə ələyəcək. 5 millimetrlik altı sərt vəsait içəridə qalacaq. Yanan və yüngül vəsait buradan çölə atılacaq. Bu alətin içində 10 tonluq 5 millimetrlik altı dənəvər anbarımız var. Anbara götürdükdən sonra 2 nasos, 6 təzyiq balonunun köməyilə buradakı hərəkətli dönər başla hissəciklər püskürdüləcək. Bu, yerdə yanan vəsaitin üzərinə püskürdülə bilər, passiv sahədə yanıcı xüsusiyyətə malik örtünü örtmək üçün istifadə edilə bilər və s."

Qeyd edək ki, bu özəlliklərə malik yanğınsöndürən maşının istehsal edilməsi, nəinki Türkiyədə, ümumiyyətlə bütün dünyada arzu edilən bir texnikadır. Dünyanın bir çox yerində, həmçinin bu günlərdə Türkiyədə baş verən çoxsaylı meşə yanğınlarının (həm də kimlərinsə törətdikləri -red ) törətdiyi fəsadları, meşə və bitki örtüyünə, insanlara dəymiş maddi və mənəvi zərərin ölçüsünü nəzərər alaraq bu fikrin reallaşması artıq zərurətdir. Yəqin ki, bu arzu tezliklə gerçəkləşəcəcək. Türkiyəmiz bu sahədə də ən böyük bir uğura imza atacaq, necə ki,  “Bayraqdar-TB2”, "Akınçı" və digər PUA-ları  artıq bütün dünyada özünü sübut edib.

JASMİN  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN