booked.netbooked.net booked.net  

“Əgər belə bir şey olarsa, girovlarla bağlı hər hansı maneə və problem yaratsalar, o zaman heç nəyi dayandırmağın mənası olmayacaq” - İsrailin RF-dəki səfiri

***

"Həmas" və İsrail arasında əldə olunan razılaşma ilə Qəzza zolağına hücumları müvəqqəti dayandıracaq, əsir mübadiləsi və humanitar yardıma imkan verəcək 4 günlük humanitar fasilə başlayıb.

Qətər Xarici İşlər Nazirliyinin açıqladığı konsensus planına əsasən, İsrail və "Həmas" Qəzza zolağında qarşıdurmaları dayandırdıqdan sonra Rəfah keçid məntəqəsindən Qəzza zolağına humanitar yardımların daşınmasına başlanacaq.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, blokadda olan Qəzza zolağında ilk gün israilli əsirlərdən azad ediləcək eyni ailədən olan 13 qadın və uşaq yerli vaxtla saat 16:00-da Rəfah keçid məntəqəsinə doğru hərəkət edəcək. Beynəlxalq Qızıl Xaç Komitəsi əsirlərin maddi-texniki ehtiyaclarını təmin edəcək. Misirdə gözləyəcək və İsrail səlahiyyətliləri tərəfindən təhvil veriləcək əsirlər İsrail ərazisinə çatdırıldıqdan sonra xəstəxanada şəxsiyyət, sağlamlıq və digər yoxlamalardan keçəcəklər.

İsrailli əsirlərin yoxlamaları tamamlandıqdan sonra sərbəst buraxılacaq fələstinli qadın və uşaq əsirlərin işğal altındakı İordan çayının qərb sahilindəki Ofer hərbi həbsxanasında toplanacağı bildirilib.

İlk gün sərbəst buraxılacaq, sayı və şəxsiyyətləri hələ açıqlanmayan fələstinli əsirlər Beytunya keçid məntəqəsinə aparılaraq Fələstin səlahiyyətlilərinə təhvil veriləcək.

4-cü gün azadlığa buraxılacaq 50 israillinin müqabilində 150 fələstinli əsirin ailələrinə qovuşacağı gözlənilir.

***

Qeyd edək ki, “3-ə 1” düsturu ilə bağlı KİV-in sualı cavablandırarkən  İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Zvi bildirib ki, indiki mərhələdə bu belədir.

“ Söhbət 55-ə yaxın girovun 150 fələstinli məhbusla dəyişdirilməsindən gedir. Deməli, hələlik bu formula dəyişməz olaraq qalır. Söhbət ilk dörd gündən gedir", - diplomat qeyd edib.

O, xatırladıb ki, 2014-cü ildə HƏMAS atəşkəsi pozub, nəticədə 8 SAHAL əsgəri həlak olub.

“Əgər belə bir şey olarsa, girovlarla bağlı hər hansı maneə və problem yaratsalar, o zaman heç nəyi dayandırmağın mənası olmayacaq”, - Ben Zvi deyib.

 Eyni zamanda, səfir izah edib ki, girovların dəyişdirilməsi sxemi uğurla işləsə, “danışıqları davam etdirmək lazım olacaq”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Minlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.

İndiyədək hər iki tərəfdən xeyli sayda insan həyatını itirib, ev-eşiksiz qalıb.

 İsrail tərəfi HƏMAS qruplaşması silahı yerə qoymayanadək hərbi əməliyyatları davam etdirmək niyyətində olduğunu bildirib.

Onu da diqqətə çatdıraq ki, Azərbaycan fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə yardımı edib. Və bu, Azərbaycanın Fələstinə ilk və son dəstəyi deyil. Dövlətimiz əvvəllər də Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) maliyyə vəsaiti ayırıb

 JASMİN

.

Pin It

“Nazirlik və sənaye müəssisələrinin rəhbərləri, hakimlər onların qeyd-şərtsiz icrasını təmin etməyə borcludurlar.”

Pin It

"İlin əvvəlindən indiyədək bəziləri qondarma lider səviyyəsində olmaqla təxminən 2 min terrorçunu zərərsizləşdirdik. Gecə qəfil gələ biləcəyimiz xəbərdarlığımız dünən olduğu kimi, bu gün də qüvvədədir".

Pin It

Azərbaycanda noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 11-15°, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 748 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 12-17° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində hava arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, bəzi yerlərdə 13° isti olacaq.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 12-16° isti təşkil edəcək.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 14-18° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 14-18° isti, dağlarda gecə 5-7°, gündüz 7-10° isti olacaq.

Pin It

USAID dünyada inkişafı deyil, xaosu stimullaşdırır.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN