booked.net booked.net  

Qazaxıstanın dövlət başçısı  Kasım Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına Qazaxıstan Respublikasının Milli Fondundan uşaqlara pul vəsaitinin hesablanması, onların ödənilməsi və istifadəsi məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında”  QR Qanununu imzalayıb.

Bu barədə Qazaxıstan KİV-i ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

TEZADLAR.AZ xəbər verir ki, adı çəkiən Qanun layihəsinin əsas məqsədi respublika vətəndaşlarının gənc nəslinə dəstək olmaqdan ibarətdir ki, onlar yetkinlik yaşına çatdıqda öz həyat şəraitlərini yaxşılaşdıra və ya əmanət hesabına təhsil ala bilsinlər.

Qeyd edək ki, qanunla ölkənin Milli Fondunun illik investisiya gəlirinin 50 faizinin uşaqlar 18 yaşına çatanadək xüsusi əmanət hesablarına ayrılması nəzərdə tutulur. Eyni zamanda, uşaqlar və onların qəyyumları bu vəsaiti vaxtından əvvəl çıxara bilməyəcəklər, lakin sonradan həmin vəsaiti yaşayış şəraitini yaxşılaşdırmaq və ya təhsil almaq üçün istifadə etmək hüququna malik olacaqlar. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minməlidir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN