Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə baş vermiş dəhşətli zəlzələlərdə mindən çox insan həyatını itirib.
Çoxlu sayda Moskva sakini həyatını itirənlərin ruhuna hörmət, həmçinin Türkiyəyə dəstək olduqlarını bildirmək və başsağlığı vermək üçün Moskvadakı səfirliyinə gül və şam gətirir.
Xatırladaq ki, bu gün gecə Türkiyədə dəhşətli zəlzələlər baş verib. Mindən çox insan həyatını, itirib altı minə yaxın insan yaralanıb, 2,8 min bina dağılıb. Dağıntılar altında qalan insanlar var.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə FHN-nin 400-dən çox xilasedicisi artıq Türkiyədədir. Və digər lazım olan humanitar yardımlar da göndərilir.
Y.MƏMMƏDLİ