booked.netbooked.net booked.net  

Rusiya prezidenti Vladimir Putin İsraildə vəziyyətin gərginləşməsindən təəssüfləndiyini bildirib və bunu ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsi adlandırıb.

O, qeyd edib ki, İraqın baş naziri Məhəmməd əl-Sudani ilə görüş qlobal böhranlar fonunda keçirilir.

"Həm  Ukrayna böhranı davam edir, həm də təəssüf ki, biz Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşdiyini görürük. Düşünürəm ki, çoxları mənimlə razılaşacaq ki, bu, ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsidir. Onlar nizamlanmanı monopoliyaya almağa çalışsalar da, təəssüf ki, hər iki tərəf üçün məqbul olan kompromislər tapmaqla maraqlanmadılar, əksinə, bunun necə ediləcəyi ilə bağlı öz fikirlərini irəli sürdülər və hər iki tərəfə təzyiq göstərdilər”, -  deyə Putin bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Yüzlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.

Oktyabrın 9-da isə “Həmas” İsrailin Qəzzanı bombalamasına cavab olaraq girovları edam etməklə hədələyib. Bldiriblər ki, mülki evlərin əvvəlcədən xəbərdarlıq edilmədən məqsədyönlü şəkildə vurulması, əsir götürülən mülki İsrail vətəndaşlarının edam edilməsi ilə nəticələnəcək və bu canlı olaraq yayımlanacaq...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN