booked.netbooked.net booked.net  

Qəzzada yalnız HƏMAS liderləri və fəalları, ailələri və qohumları ilə birlikdə nisbətən yaxşı yaşayırlar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə rusiyalı tarixçi, tanınmış qafqazşünas alim, politoloq Oleq Kuznetsov  Oleq Kuznetsov “İran İsrailə qarşı müharibəyə başlayacaqmı və bu, Cənubi Qafqaz regionu üçün nə deməkdir?”məqaləsində qeyd edib.

Politoloq məqaləsində İsraildə və Qəzza zolağında yaşayanların milli mənsubiyyətlərindən, İranın ultimatumunun arxasında yatan səbəblərdən, müharibənin hər zaman İsrail üçün qələbə ilə sonuclanmasından və bir çox məsələlərdən bəhs edib, həmçinin İranın İsrailə hücum edəcəyi təqdirdə bunun Azərbaycan üçün nə ilə nəticələnə biləcəyi barədə proqnoz da verib.

“İran münaqişəyə mümkün müdaxilə ilə bağlı bəyanatıyla onun siyasi, maliyyə və hərbi-texniki dəstəyindən yararlanan HƏMAS yaraqlılarını tamamilə fiziki məhvdən xilas etmək üçün bu tarixi ənənəni necəsə pozmağa çalışır.

Qəzza zolağının ərəb əhalisi çox müxtəlif və ziddiyyətli sosial mənzərə təqdim edir; ümumiyyətlə, onların bir nəfər kimi HƏMAS-ı dəstəklədiyi güman edilir, lakin reallıqda bundan uzaqdır.

Qəzza zolağının ərəbləri necə işləməyi bilmirlər, istəmirlər və işləməyi sevmirlər, onlar xarici mənbələrdən - Avropa İttifaqından (ildə 2 milyard avro), ərəb şeyxlərindən, İrandan ayrılan sponsorluq vəsaitləri hesabına yaşamağa üstünlük verirlər”, - deyə vurğulayıb.

Onun sölərinə görə, bölgədə yalız HƏMAS liderləri və qohumları daha yaxşı yaşayırlar.

“Bölgəyə daxil olan bütün maliyyə axınları HƏMAS rəhbərliyi tərəfindən idarə olunur, əhalinin gündəlik ehtiyaclarına xidmət edən bütün orta və kiçik müəssisələr xəraca cəlb edilir (Rusiyada “cəsarətli 90-cı illərdə” olduğu kimi), sahibkarlıq azadlığı yoxdur, ərəblər pul qazanmaq üçün hər gün nəzarət - buraxılış məntəqələrindən keçərək İsrailə gedib-gəlirlər.

Qəzza və onun ətrafında yaşayan 1,1 milyon insanın təxminən 300 minini təşkil edən bu bölgədə, yalnız HƏMAS liderləri və fəalları, ailələri və qohumları ilə birlikdə nisbətən yaxşı yaşayırlar. Onun özünün böyük sənayesi və ya enerji sektoru yoxdur, elektrik enerjisi İsraildən gəlir.

Buna görə də Qəzza zolağında HƏMAS üçün mahiyyətcə “insan qalxanı” olan 800 min ərəbin ərəb radikalları ilə birlikdə ölməmək üçün indi SAHAL komandanlığının bütün əmrlərini belə itaətkarlıqla yerinə yetirməsi təəccüblü deyil”, - deyə Oleq Kuznetsov qeyd edir.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN