booked.net booked.net  

 Rusiya Prezidenti Vladimir Putin 6 illik prezidentlik dövründə 755 min dollara yaxın pul qazanıb.

Və bu da il ərzində təqribən 125 min dollar deməkdir.

TEZADLAR.AZ xəbər verir ki bu barədə Rusiya Federasiyası prezidentliyinə namizəd Vladimir Putinin Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannaməsində bildirilib. Bəyannaməyə əsasən, altı ildə Putin 67 milyon 591 min rubl (754 min 288 ABŞ dolları) qazanıb. Qeyd olunub ki, Vladimir Putinin 6 illik gəliri əsasən onun bu dövr üçün maaşından ibarətdir. Bundan əlavə, 2017-ci ildə ona məxsus torpaq sahəsi də satılıb. Ümumilikdə prezidentin Sankt-Peterburqda bir mənzili, bir qarajı, üç avtomobili, o cümlədən qoşqusu var. Putin eyni zamanda, Bank Sankt-Peterburqun 230 səhminə sahibdir. Bir səhmin dəyəri 11,81 rubl təşkil edir. Bəyannamədən belə görünür ki, Putinin hesablarında 54,4 milyon rubl var.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 15-17 mart 2024-cü ildə keçiriləcək. Və hazırda Vladimir Putin də daxil olmaqla 3 nəfərin namizədliyi qeydə alınınb.

Qeyd edək ki, Rusiya Xalq Birliyi Partiyasının lideri Sergey Baburin prezidentliyə namizədliyini geri götürüb. Beləliklə, namizədlərdən biri əskilərək 3 nəfər qalıb...

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN