booked.netbooked.net booked.net  

Turizm iqtisadiyyata fayda verən, insanlar arasında təmasları gücləndirən mühüm sahədir.

Ötən il Azərbaycana 50 mindən çox pakistanlı turist gəlib.

TEZADLAR.AZ xəbər verir ki, bunu pakistanlı ekspert, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Əhsən Həmid Durrani KİV-ə müsahibəsində bildirib.

O, vurğulayıb ki, turizm sektorunda əməkdaşlığın daha da gücləndirilməsi üçün iki ölkə  arasında güzəştli və tranzit ticarət sazişlərinin bağlanması mühüm addım ola bilər.

"Hesab edirəm ki, növbəti illərdə bu rəqəm daha da artacaq, çünki daha çox pakistanlı turist Azərbaycanın görməli yerləri, zəngin tarixi, mətbəxi və müasir infrastrukturu ilə maraqlanır. Bu sektorda əməkdaşlığın daha da gücləndirilməsi üçün iki ölkə güzəştli və tranzit ticarət sazişlərinin bağlanması mühüm addım ola bilər. Gələcəkdə turistlərin sayı artdıqca Pakistanın böyük şəhərlərindən Bakıya birbaşa uçuşların sayı da artırıla bilər", deyə Əhsən Həmid Durrani diqqətə çatdırıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN