booked.netbooked.net booked.net  

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağına ilin sonuna qədər donorlardan humanitar yardım üçün 2,5 milyard dollar xahiş edib ki, bu da 6 ay əvvəl tələb olunan vəsaitdən 10 dəfə çoxdur.

Bloomberg qeyd edir ki, bu, İsrail və HƏMAS arasında münaqişənin mərkəzində olanlar üçün vəziyyətin pisləşdiyini göstərir.

Həmin vəsaitin demək olar ki, üçdə birinin qidaya yönəldiləcəyi, təxminən 800 milyon dolların isə mənzil və səhiyyə ehtiyaclarının həllinə sərf olunacağı deyilir.

Tələb olunan məbləğ Qəzza zolağında təxminən 2,2 milyon insan və İordan çayının qərb sahilində daha 400 min insan üçün kifayət edərdi. Lakin bu, BMT və tərəfdaşlarının 3,3 milyon fələstinlinin ehtiyaclarını ödəmək üçün lazım olduğunu söylədiyi 4,1 milyard dolları əhatə etmir. Dünya qurumu, həmçinin Qəzza zolağına daha çox quru yollarının açılmasına, zolaqda səyahət variantlarının təkmilləşdirilməsinə və BMT əməkdaşlarının Fələstin ərazilərində işləmək üçün viza və icazələrin sayının artırılmasına çağırıb.

Əvvəllər Dünya Bankı və BMT Fələstin-İsrail münaqişəsi nəticəsində 2023-cü ilin oktyabr ayından Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı təqribən 18,5 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdi. Onlar, həmçinin  dəymiş zərər haqqında məlumat və yenidənqurma işlərinin bu ilin sonunda başlayacağı ehtimalına əsaslanaraq, iqtisadi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşəcəyini də proqnozlaşdırıblar.

İsrail və Fələstinin HƏMAS qruplaşması arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN