booked.netbooked.net booked.net  

"Turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır".
***
Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı diqqətə çatdırıb ki, ölkəmizə gələn turistlərin böyük çoxluğunu Rusiyadan gələnlər təşkil edir, lakin Hindistandan gələn turistlərdə də artım var.
"Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür: Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.
Digər diqqət çəkən məqam isə Hindistandan gələnlərin sayındakı artımdır. Gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar.
Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempini qorunub saxlanılıb: Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31,0 faiz artıb", - deyə o qeyd edib.
Vüqar Bayramov turizmin neftdən sonra ölkəyə başlıca gəlir gətirən sektor olduğunu, lakin turizmdən əldə edilən gəlirin hələ də pandemiyadan öncəki zamana çatdırılmadığını da vurğulayıb.
"
"Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır", - deyib.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN