Qəsəbə sakinləri iydən-üfunətdən nəfəs ala bilmədiklərini deyirlər...

Paytaxtın 35 kilometrliyində yerləşən qədim tarixə malik Türkanın çox problemləri var, həm də zibilxanaya çevrilmiş məhəllələr və zibil qutusu problemi.

Qeyd edək ki, problemlə bağlı şikayətçi olan kənd sakinləri KİV-ə bildiriblər ki, kənddə zibil qutusu olmadığından, yaşadıqları ərazi zibilxanaya çevrilib. İki il ərzində, hətta Xanlar küçəsi adlanan ərazidə zibillikdən təpələr əmələ gəlsə də, insanlar şikayətçi olsalar da qəsəbədəki əlaqədar qurumlar şikayətləri vecinə almırlar. Əslində, kəndin sakinləri buna görə, şikayət belə etməməlidirlər, çünki hər gün bu zibilliklərin şahidi olan kəndin “başbilənləri” özləri bu zibilliklərin yaranmasına şərait yaratmamalı idilər. Kəndə gedən çəkiliş qrupu, hətta köhnə mağazanın, sovet dövründən “yadigar qalmış” yol kənarında yerləşən üstüaçıq dərin taxıl anbarının da zibilxanaya çevrildiyinin şahidi olublar. Zibil atmağa yer tapmayan kənd sakinləri əlacsızlıqdan zibilləri köhnə mağazaya və taxıl anbarına doldururlar...

Kənd sakinləri bildirib ki, bu kəndiçi - yolkənarı zibilxanalar ölmüş heyvan – it, pişik... cəsədlərinin də “qəbiristanlığına” çevrilib. Və elə zibilxnaya çevrilmiş yerlər var ki, 20 ilin yadigarıdır... Təəssüf ki, qəsəbənin bir çox ərazilərində eyni problem yaşanır – zibillik!

Qarşıdan yayın isti günləri gəldiyi üçün sakinlər dərdlərinə çarə gəzirlər.

Çarə isə budur ki, təcili olaraq Türkan ərazisi zibillikdən təmizlənsin və yaşayış evlərinin yaxınlığında yetəri sayda zibil qutuları yerləşdirilsin. Bu qutulardakı zibillər də vaxtlı-vaxtında daşınsın.

...Yəqin ki, kənd sakinlərinin dərdini dinləyib, çarə etməli qurumlar var – kənd icra nümayəndəliyi, bələdiyyə.

İcra nümayəndəsi isə söz verib. Bildirib ki, Xəzər rayon ərazi kommunal – təsərrüfat Birliyinə məlumat veriblər və yaxın günlərdə zibilliyə çevrilmiş ərazilər təmizlənəcək.

Sakinlər isə dörd gözlə həmin günü gözləyirlər.

Vəd öz yerində, amma, görəsən bu zibilliklər təmizləndikdən sonra yeniləri yaranmayacaq ki? Çünki kənd sakinlərinin zibil qutularına ehtiyacı var, hansı ki, onların olmaması səbəbindən həmin zibilxanalar yaranır...

 

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA