booked.netbooked.net booked.net  

Gürcüstanın baş naziri İordaniyaya yola düşüb.

Baş nazir İrakli Qaribaşvili, İordaniya Haşimilər Krallığı tərəfindən Gürcüstana torpaq sahəsinin hədiyyə edilməsi ilə bağlı təşkil olunan rəsmi mərasimdə iştirak etmək üçün İordaniyaya səfər edib.

TEZADLAR.AZ xəbər verir ki, Baş naziri bu ölkənin Beynəlxalq Hava Limanında İordaniya Haşimilər Krallığının turizm naziri Nayef Əl Fayez və Gürcüstanın İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaza Kandelaki qarşılayıblar. Məlumata əsasən, hədiyyə olunan 4000 kvadratmetr ərazini əhatə edən ərazidə gürcü mədəniyyət mərkəzi tikiləcək. Qeyd edək ki, səfər zamanı hökumət başçısı həmçinin İordaniya Haşimilər Krallığının yüksək vəzifəli şəxsləri ilə görüşlərdə keçirəcək.

24 news.ge

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN