booked.netbooked.net booked.net  

Bölgədə yeni reallıqlardan biri də Gürcüstan, Türkiyə, Azərbaycan, Moldova və Ukraynanın iştirakçılığı ilə yeni iqtisadi birliyin formalaşdırılmasıdır...

Belə ki, "2021-ci ildə Azərbaycanla birgə "İpək Yolu" keçid məntəqəsinin yaradılmasını nəzərdə tutan keçid məntəqələri haqqında ilk sazişə imza atdıq, mən bütün tərəfdaş təşkilatlarımızı bu layihəni dəstəkləməyə çağırıram", -deyən və Beynəlxalq Gömrük Gününə həsr olunmuş tədbirdə çıxış edən Gürcüstanın maliyyə naziri Laşa Xutişvili əlavə edib: "... 2021-ci ildə Gürcüstan, Azərbaycan, Türkiyə, eləcə də Gürcüstan, Moldova və Ukraynanın iştirakı ilə yeni, üçtərəfli əməkdaşlıq formatı yaradılıb. Həmçinin, 2021-ci ildə Azərbaycanla ilk dəfə birgə "İpək Yolu" keçid məntəqəsinin yaradılmasını nəzərdə tutan keçid məntəqələri haqqında saziş imzalanıb. Fürsətdən istifadə edərək bütün tərəfdaş təşkilatlarımızı bu layihəni dəstəkləməyə çağırıram. Beynəlxalq Tərəfdaşlarımızın (EXBS) dəstəyi ilə konteynerlərə nəzarət bölmələri və dəniz əməliyyatlarının birgə proqramı həyata keçirilir və bu, inteqrasiya olunmuş sərhəd idarəetmə strategiyasının həyata keçirilməsini asanlaşdırır",- deyə Xutişvili bildirib.

Qeyd olunanlar reallaşdırılarsa, bu bölgə iqtisadiyyatının yeni inkişaf mərhələsi olacaq...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN