booked.netbooked.net booked.net  

Bir müddət əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlunun qanunsuz əməlləri barədə məlumat verilmişdi. Ölkənin hüquq mühafizə orqanları rəhbərlərinin xəbərdarlıqlarına baxmayaraq, adı çəkilən həkim rüşvətin bir tələ olduğunu anlamadığından, nəhayət, bu tələyə düşmüşdür. Belə ki, Sabirabad rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumatdan aydın olur ki, ibtidai istintaqla Fazil Əliyevin koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxslərin qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunmaları üçün ayrı-ayrı xəstələrdən ümumilikdə 1000 ABŞ dolları və 1800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fazil Əliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Maraqlıdır, şöbə müdiri Fazil Əliyev məhkəmədə əməlinə bəraət istəyəcək? Axı ölkədə bu sağalmaz bəlaya qarşı mübarizə elan olunub. Kimsə nəticə çıxarmırsa, bu artıq azadlıqdan məhrum edilməyə könüllü razı olmadır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN