Bu gün unudulmaz sənətkarımız, Azərbaycan Respublikasının   Xalq artisti  Nəcibə Haşım bəy qızı Məlikovanın anadan olmasından 100 il ötür. O, 1921-ci ilin 25 oktyabrında Bakıda Buzovna kəndində anadan olmuşdur.

Nəcibə xanım  ilk təhsilini kənddə alıb.  Daha sonra Bakı Teatr texnikunda 1940-1943 Fatma Qədrinin sinfini bitirib.  Təhsilini tamamladıqdan sonra öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib.

Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.

Nəcibə Məlikova  27 iyul 1992-ci ildə Bakıda vəfat etmiş və  II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Kinomuzun “Ögey anası” - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gerçək həyatını filmdə oynayan ÖGEY ANA - Oğulluğunun Nəcibə Məlikova  haqqında XATİRƏLƏRİ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Günaydın Azərbaycan : Səməd Vurğunun Aygünü, Ögey ananın Dilarəsi - NƏCİBƏ  MƏLİKOVA

Nəcibə Məlikova — Vikipediya

Şakir QURBANOV

 

 


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA