booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, Bakıda orta məktəblərin rus bölmələri üçün yazılmış 4-cü sinif "Rus dili" dərsliyində 1990-cı il 20 Yanvar Bakı qırğını ilə bağlı ciddi təhrifə yol verilib. 

Qeyd edək ki, "Şərq-Qərb" nəşriyyatı yol verilən xəta ilə bağlı 2019-cu ildə hazırlanmış sözügedən dərsliyin elektron variantında müvafiq dəyişikliklərin ediləcəyini açıqlasa da, ancaq dərslikdə yanlışlığın necə düzələcəyi barədə məsələyə toxunmayıb.

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov mətbuata açıqlamasında "Rus dili" dərsliyindəki biabırçılığa və şəhidlərimizə hörmətsizliyə görə Təhsil Nazirliyinin xalqadan üzr istəməsini tələb edib: "Dərslik sıradan bir məsələ deyil, onun hazırlanmasına aylarla vaxt sərf edilir. Hər bir kitab ən azı 20 min tirajla çap olunur və dövlət vəsaiti xərclənir. Bu vəsait isə insanların verdiyi vergilərdən formalaşır. Müəllif yazsa da, dərslik qiymətləndirmə komissiyaları və işçi qruplarının rəylərindən sonra çapa gedir. 3 ay ərzində dərslik qiymətləndirmə komissiyasında ən azı 7 nəfərin əlindən keçir. Problem ondadır ki, Təhsil Nazirliyində dərsliyi qiymətləndirmə komissiyaları formal təşkil olunur. Oxumadan, baxmadan təsdiqləyirlər və çapa göndərilir. Ona görə də istənilən halda məsuliyyəti Təhsil Nazirliyi daşıyır".

Ekspertin fikrincə, nazirlik bundan əvvəlki və hazırkı qüsurları nəzərə alıb, qiymətləndirmə komissiyalarına peşəkarları cəlb etməlidir: "Bu, ictimai-əsaslı iş olmamalıdır. Çox yaxşı, peşəkar müəllimlərimiz var ki, gözəl dərslik yaza bilərlər. Amma onlar heç vaxt tenderin qalibi olmur. Tenderdə qalib olmaq üçün hökmən Təhsil Nazirliyinin funksional rəhbərliyində tanış olmalıdır. İndiyədək dərsliklərdə müxtəlif jarqonlar, nöqsanlar aşkar etmişdik. Amma bu dəfə 20 yanvar gecəsi ilə bağlı xalqın silahlı quldur, cinayətkar kimi təqdim edilməsi bağışlanmazdır. Bu, artıq pik həddədir. Elektron variantda və ya dərslikdə düzəlişdən öncə Təhsil Nazirliyi xalqdan üzr istəməli idi. Çünki böyük cinayət və şəhidlərin ruhuna hörmətsizlik olunub".

Xatırladaq ki, dərslikdə 20 Yanvar faciəsi ilə bağlı yazılmış mətndə qeyd edilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN