booked.netbooked.net booked.net  

Ötən gün  “TƏZADLAR” qəzetinin “tezadlar.az” rəsmi saytında

Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova və həmin məktəbin müəllimi arasında olan söhbətin səs yazısına əsasən “Direktor müəllimdən əlavə saatın pulunu istəyib – “Başına elə teatr açaram...” başlıqlı yazı dərc edilmişdir. Bu gün “TƏZADLAR” qəzetinin elektron poçtuna yuxarıda qeyd edilən məktəbin direktoru Mətanət Məmmədova tərəfindən cavab məktubu göndərilib. "KİV haqqında" Qanunvericiliyin tələblərinə uyğun olaraq qarşı tərəfin mövqeyini əlavə şərh vermədən, olduğu kimi dərc edirik.

MƏKTUBDA DEYİLİR:

"Ötən gün, yəni 27.01.2022-ci il tarixində tezadlar.az saytında Ağstafa Rayon Şahin Abadov adına  Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru olaraq rüşvət istəməyimlə bağlı yayılan səs yazısını qeyri-etik hal hesab edirəm, neçə illərdən bəri pedaqoji fəaliyyətimə olan hörmətsizlik kimi dəyərləndirirəm.  Yazıb sizə bildirirəm ki, məktəbin müəllimi Vüsalə Məmmədovanın (dediyinə görə kimsə şərti adla paylaşım edib)  facebook sosial şəbəkəsində etdiyi paylaşım qanunsuzdur və heç bir halda qanunauyğun fəaliyyət hesab edilmir. Bu səs yazısı sırf böhtandır və mənə qarşı şantajdır. Cinayət məcəlləsinin 155 və156-cı maddəsinin tələblərini pozaraq ictimai rəydə mənimlə bağlı mənfi rəy formalaşdırmaqdır. Bir məktəb direktoru kimi rəhbərlik etdiyim pedaqoji kollektivə,hər tədris ilinin sonunda yetirmələrinin sədasının nüfuzlu ali məktəblərdən gəlməsində əməyi olan müəllimlərimizə yanlış münasibətdir. Neçə illik təcrübəsi olan bir direktora ədalətsizlikdir,onun ali təhsili olmayan bir müəllim tərəfindən məruz qaldığı şantajdı,qərəzdi. Xahiş edirəm bunu nəzərə alasınız. 

Mətanət Məmmədova

27 Yanvar 2022-ci il"

Təqdim etdi: Y.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN