booked.netbooked.net booked.net  

"Pandemiyanın tezliklə sona çatması barədə danışmaq hələ tezdir".

Cənubi Afrika Respublikasında aşkar edilən koronavirusun yeni “omikron” ştammı ən çox mutasiya olunandır və bu onun yoluxuculuq dərəcəsini artırır. Ekspertlər təxmin edirlər ki, o hətta peyvənd edilmiş və buster dozasını qəbul etmiş şəxslərdə də xoşagəlməz simptomlara səbəb ola bilər. Digərləri hesab edirlər ki, peyvəndlər “omikron” ştammına da qarşı qoruyacaqlar və peyvənd olunmayanlar narahat olmalıdırlar.

Rusiya KİV-nin yaydığı məlumata görə, akademik Aleksandr Gintsburqun fikrincə, yeni ştammın ilkin Uhan variantındakı kimi uzunmüddətli inkubasiya dövrü 14 gün ola bilər. Əgər bu belədirsə və “omikron” daha yoluxucu olacaqsa, o zaman o “delta” ştammını əvəz edəcək. Bununla bağlı pandemiyanın tezliklə sona çatması barədə danışmaq hələ tezdir.

Qeyd edək ki, artıq ən azı 23 ölkədə koronavirusun “Omikron” ştammı aşkar edilib. Bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.

O, bu rəqəmin artacağını istisna etmir.

"Omikron" Azərbaycanda da ciddi narahatlıq doğurur. Bir neçə gün öncə bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

"Cənubi Afrikada aşkarlanan omicron ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib. Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunlaldır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur", - deyə məlumatda bildirilib.

İnfeksionist Mərdan Əliyev də "Omikron"la bağlı  KİV-ə açıqlamasında bildirib ki, bütün ştammlarda mutasiya spayk proteində gedir, amma "Omikron" mutasiyanın çox olması ilə fərqlənir.

"Təxminən, 30 amin turşuda mutasiya baş verib. Bu, onu göstərir ki, dəyişilmə daha genişdir. Güman olunur ki, yeni ştammın sürətli yayılması yoluxma sayını artıra bilər. Buna görə də, vətəndaşlar virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolunun vaksinasiya olunduğunu unutmamalıdırlar", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, hazırda pandemiyaya qarşı ən güclü və ən yaxşı profilaktika peyvənd olunmaqdır:

"Ona görə də ən yaxşını etmək, peyvənd olunmaq lazımdır. İkinci dozanı vurduranların, xəstəlik keçirməyiblərsə, buster dozanı qəbul etmələri tövsiyə olunur. Xəstəlik keçirənlər isə 6 ay sonra bir doza vurdursalar, daha yaxşı olar. Bundan başqa hər zaman maskalarımız yanımızda olmalıdır və qapalı məkanlara daxil olanda mütləq istifadə etməliyik. Fərdi şəkildə hər birimiz buna əməl etməsək, pandemiyanın öhdəsindən gəlmək çətin olacaq".

 İnfeksionistin sözlərinə görə, hazırda Azərbaycanda karantin qaydalarının sərtləşdirilməsi və məhdudiyyətlərə gedilməsi çox gözlənilən deyil və çox güman ki, Yeni il bayramı ərəfəsində də məhdudiyyətlər olmayacaq.

 

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN