booked.netbooked.net booked.net  

Cəmi 10 maddəlik qanun layihəsi isə nədənsə on illərdir qəbul olunmur. Səbəb nədir? Multi-Media üzrə tanınmış ekspert Osman Gündüz bu barədə maraqlı açıqlama verdi:

- Bir neçə gün öncə qonşu ölkələrin startaplarının son bir ildə yüz milyonlarla xarici investisiya cəlb etməsindən yazmışdım. Ümumiyyətlə, qonşu ölkələrin bir çoxunun təcrübəsinə nəzər salanda görmək olar ki, onlar qanunvericiliyə çevik yanaşma ilə, investisiya mühitini yaxşılaşdırmaqla xaricdən daha asan vəsait cəlb edə bilirlər. Bu sahədə vençur maliyyələşmə və vençur fondlar mühüm rol oynayır. İnvestisiya yatırmaq istəyənlər üçün dövlətin bu sahəni tənzimləməsi, risklərin nəzərə alınması çox vacibdir.

Uzun illərdir ki, bizdə bu sahə ilə bağlı qanunvericilik yoxdur. Bir-iki il öncə guya NRYTN-in İnnovasiya Agentliyinin bu qanunu hazırlaması ilə bağlı açıqlamalar verildi. Amma sonradan həm qanun unuduldu, həm də elə bunu hazırlamalı olan Agentliyin özü də "yoxa" çıxdı. Hazırda qurumun fəaliyyəti gözə dəymir. Startap tədbirlərində də iştirak etmir. Digər səlahiyyətli qurumlar, VXSI Dövlət Agentliyi və KOBİA da vençurla bağlı heç bir addım atmırlar.

Bəs qanun layihəsini kim və necə hazırlamalıdır?

Qonşu olkələrin təcrübəsinə baxanda görmək olur ki, bəzi ölkələr daha çevik olması üçün nəinki yeni qanun hazırlayıblar, əksinə, mövcud olan qanunvericiliyə vençur maliyyələşmə ilə bağlı cəmi bir neçə müddə daxil ediblər.

Diqqət yetirdikdə götmək olar ki, bu yeni hüquqi sənədlərdə vençurla bağlı təxminən 10 maddə daxil ediblər. Əlavə də bir neçə tənzimləyici alt sənədlər hazırlayıblar.

İndi təsəvvür edin ki, cəmi 10 maddədən ibarət olan qanun layihəsinin hazırlanması üçün biz on illərdi ki gözləyirik. Hansı ki, bu mexanizmlər ölkədə investisiya mühitini xeyli canlandıra bilərdi, xeyli xarici investisiya cəlb oluna bilərdi.

Düşünürəm ki, ekosistemə cavabdeh olan NRYTN, ASAN və KOBİA vençur maliyyələşmə ilə bağlı tez bir zamanda bir araya gəlməlidir. Fikrimcə, yeni qanuna da ehtiyac yoxdur, beynəlxalq təcrübəni əsas götürərək elə İnvestisiya Fondları haqqında qanuna əlavələr etməklə bu məsələni tez bir zamanda həll etmək olardı…

Təqdim etdi: A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN