booked.netbooked.net booked.net  

Avropa qurumları tez-tez Ermənistanı demokratik ölkə, insan hüquqlarına hörmət edən ölkə olaraq qeyd edirdilər.
...Amma görünür ki, vəziyyət kəskin dəyişib.
Bu fikirləri sosial şəbəkə hesabında  "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirib.
"Ermənistan dövləti ilk dəfə olaraq insanların qeyri-qanuni izlənməsi ilə bağlı beynəlxalq qurumların siyahısına düşüb.
Ermənistanın İT təhlükəsizlik üzrə tanınmış eksperti Samvel Matevosyan bildirib ki, Ermənistan hökuməti insanları izləmək üçün müxtəlif casus proqramlarından istifadə etməyə başlayıb.
Ekspert bu məlumatı Meta-Facebook və Toronto Universitetinin Citizen Lab qurumlarına istinad etməklə paylaşıb.
Ekspert bildirib ki, Ermənistan hökuməti siyasi fəalları və müxalifəti izləmək üçün Makedoniyanın Cytrox şirkətinə məxsus casus proqramını müxtəlif üsullarla telefonlara inteqrasiya edir. Bundan öncə də Ermənistanın bir neçə müxalif siyasi liderləri istifadə etdikləri iPhone telefonlara Pegasus izləmə proqramının yüklənməsi ilə bağlı Apple şirkətindən xəbərdarlıq mesajı aldıqlarını bildirmişdilər".
Osman Gündüzün sözlərinə görə, bir neçə ay öncə İsrail şirkətinə məxsus Pegasus casus proqramından istifadə edilməklə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da ictimai-siyasi fəalların izlənilməsi haqqında beynəlxalq qurumlar da açıqlamalar yayıb:
"O zaman Azərbaycan tərəfi qeyri-rəsmi formada olsa da bunun həqiqət olmadığını bildirmişdi", - deyə o, vurğulayıb.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN