Xəbər verildiyi kimi, bir müddət əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs edilmişdir...

Tezadlar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadla bildirmişdi ki, o, korrupsiya əməllərinə görə həbs edilmişdir. Məlumatda qeyd edilirdi ki, "...Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor N.Məmmədov DTX tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. N.Məmmədov xüsusi ilə külli miqdarda mənimsəmədə təqsirləndirilir".

Dünən isə generalın səhhəti pisləşib. Onun vəkili Rəşad Mirmehdizadə məlumat verib ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Vəkilin sözlərinə görə, general-mayorun ürəyində problem yaranıb və hazırda həkim nəzarətindədir. R.Mirmehdizadə deyib ki, hazırda cinayət işi üzrə ibtidai istintaqın davam edir, iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib.

 *** 

Bax burda suallar yaranır: generalın niyə Ordunun düşmənlə üz-üzə, göz-gözə olan əsgərlərinə veriləsi silah-sursat və ərzaqların pullarını yeyəndə, dağıdanda nə dövlətə, nə Orduya, nə də soyuqda-istidə Vətənin keşiyini çəkən, şəhid olan əsgərlərə yazığı gəlmədi? Niyə onda ürəyi ağrımadı??? 

Vəkili deyir ki, dövlətə vurulan ziyanın bir hissəsi ödənilib... Vəkil də, müdafiə etdiyi general da gözəl bilir ki, o vəsait erməniyə qarşı vuruşan Ordunun, əsgərin... boğazından kəsilmişdi. Bu vəsait oğurlananda xəcalət çəkmirdi? Düşünmürdü ki, həmin ordudur ki, 30 ildir erməni işğalından od tutub yanır, içində qovrulur?! İndi özünü xəstəliyə vurub və ziyanı ödəyib azadlığa çıxmaq, yaxud cəzasını yüngülləşdirmək istəyirsə, bu bağışlanmaz hərəkət olardı...

A.Məmmədli 

 

Pin It

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA