booked.netbooked.net booked.net  

...İran coğrafi-inzibati ərazi kimi müxtəlif xalqların minilliklər ərzində yaşayıb-yaratdığı, öz etnosunu, zəngin mədəniyyətini, milli dövlətçilik ənənələrinin qurduğu geniş coğrafiyadır. Farsların bu ərazinin bir hissəsində müxtəlif tarixi dövrlərdə Persiya, Sasanilər kimi dövlətinin olmasını heç kim inkar etmir. Ancaq bu coğrafiyanın ən azı 1000 illik siyasi dövlətçilik tarixi türk tayfaları olan Ağqoyunlu, Qaraqoyunlu, Eldənizlər, Səfəvilər, Əfşarlar və Qacarların adı ilə bağlıdır. Məşhur fars tarixçisi Firdovsi “Şahnamə”sində qeyd edirdi ki, Fars dövləti indiki Xorasandan şərqdə yerləşən əraziləri əhatə edir. Yəni, bu ərazidəki tarixi mirasın yalnız bir hissəsi farslara aid olsa da, böyük əksəriyyəti digər millətlərə, ələxsus da miniliklər boyu məskun olmuş türk xalqlarına məxsusdur.
Tarixi-coğrafi bölgü həm də onu təsdiqləyir ki, Cənubi Azərbaycan termininin İran adlı dövlətə aiddiyatı yoxdur. Burada Azərbaycan türkləri, türkmənlər, xalaçlar, qaşqaylar və qazaxların birgə sayı 45 milyondan artıqdır. Təkcə Azərbaycan türklərinin sayı 35 milyondan çoxdur.
Həmçinin, onu da unutmaq olmaz ki, XX əsrin əvvəllərinə qədər İran adlı dövlət anlayışı olmayıb, dövlət məfhumunun siyasi ədəbiyyata daxil olması 1930-cu illərə təsadüf edir. Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsindən 10 il sonra belə bir adda dövlət siyasi xəritədə yer almışdır.
İran adlı Fars diktaturası qurulduqdan sonra bu ölkənin sosial-mədəni, iqtisadi həyatında yenə də aparıcı rol başqa xalqlara, ələxsus da Azərbaycan türklərinə məxsus olub. Həmin xalqlar siyasi sistemlə barışmayaraq, özlərinin müstəqil milli-siyasi mövcudluğunu bərpa etmək ruhunu itirməyiblər. Xüsusilə də əhali və ərazi baxımından böyük üstünlüyə malik Cənublu soydaşlarımız Fars İranın tərkibində qalmaq istəməyiblər. 1905-ci ildə Səttarxanın Təbrizdə yaratdığı Azərbaycan Məşrutə Cümhuriyyəti, 1918-ci ildə Şeyx Məhəmməd Xiyabaninin qurduğu Azərbaycan Demokrat Firqəsi, Seyid Cəfər Pişəvərinin 1945- ci ildə təsis etdiyi Milli Hökumət də təsdiqləyir ki, bu coğrafiyanın əsil sahibləri olan Azərbaycan türkləri yalnız müstəqil dövlət uğrunda mücadilə etmişdir. Hətta 1979-cu il İslam inqilabı zamanı da Ayətullah Şəriətmədari Təbriz və digər Cənubi Azərbaycan camaatının milli dövlət arzusunu həyata keçirməyə çalışıb.
Yəni, bütün xatırlatdıqlarımız ona dəlalət edir ki, İranın amansız diktatura rejimi ilə bu coğrafiyanın əzəli sahibi olan xalqları zor gücünə saxlamaqdadır. Məhz bu səbəbdən soydaşlarımızın milli azadlıq ruhunu sındırmaq üçün öz ana dillərində təhsil almasına, mətbuat nəşr etməsinə, milli-mədəni irsinin təbliğinə və dövlət institutlarında türk varlığının möhkəmlənməsinə mane olur. Tehran rejimi qorxur ki, ötən əsrin 40-cı illərində Təbrizdə və Urmiyada dərc edilən ( “Vətən yolunda”, “Qızıl əsgər”) qəzetləri, yaradılan milli teatr və digər milli irsin yenidən bərpa olunması o dövrdə olduğu kimi Cənubi Azərbaycanın milli hökumətinin bərpasına gətirib çıxara bilər. Mollakratiya Seyid Cəfər Pişəvərinin Cənubi Azərbaycanla Şimali Azərbaycanı birləşdirməyə yaxın olan Milli Hökuməti unuda bilmir. Ancaq anlamırlar ki, aradan 70 ildən çox vaxt keçməsinə baxmayaraq, Fars imperiyasında öz dövlətçiliyi əlindən alılnmış bütün xalqların öz milli müqəddəratını bərpa etmək hüququ uğrunda mübarizəsi bu gün daha qızğndır və və bu reallığın qarşını almaq çox çətindir.
Bu gün dünyada və regionda formalaşan yeni siyasi reallıqlar İran coğrafiyasında yaşayan xalqların vaxtilə mövcud olmuş milli dövlətçilik ənənələrinin bərqərar olmasını, keçmiş siyasi-tarixi irsinin özünə qaytarılmasını meydana çıxarır. Bunu yaxın siyasi tariximizə nəzər salmaqla də əsaslandırmaq mümkündür, keçmiş SSRİ-yə daxil olan respublikalar, Yuqoslaviya adlı ittifaqda birləşmiş dövlətlər ötən əsrin sonlarında öz müstəqil dövlətçiliyini bərpa etdiyi kimi İran rejimin zorla əsarətdə saxladığı xalqların milli dövlətlərini qurmaq haqları vardır. Hazırkı siyasi proseslər də keçmiş SSRİ-nin dağılması prosesinin geni vüsət aldığı 1989-1990-cı illəri xatırladır. Latviyada, Gürcüstanda, Azərbaycanda SSRİ-yə qarşı başlanmış milli xalq hərəkatı nəticəsində 70 illik imperiyanın siyasi xəritədən silindi, sentyabr ayından İranın bütün ərazilərini bürümüş xalq etirazları da sanki oxşar situasiaynın baş verəcəyindən xəbər verir.
Reallıq budur ki, İran adlı coğrafiyanın doğma xalqları Fars rejiminin diktaturası altında yaşamaq istəmirlər. Söhbət burada İranın dövlət kimi parçalanmasından getmir, Fars dövlətinin öz tarixi mövcudluğunu heç kim inkar etmir və bu ölkənin mövcudluğu qalmalıdır. Söhbət XIX əsrin sonu, XX əsrin əvvəllərinə qədər bu coğrafiyada müstəqil olmuş dövlətlərin Fars rejiminin müstəmləkəsindən qurtuluşundan, tarixi ədalətin bərpasından gedir. Son 30-40 ildə dünyada 30-dan çox ölkə öz tarixi siyasi sərhədlərini təmin edib, dünya ölkələri sırasında öz layiqli yerlərini tutub. Bu beynəlxalq hüquq Fars imperiyasının zorla özünə birləşdirdiyi həmin xalqların milli dövlətlərini bərpa etməsi üçün də presedent yaradır.
Baş verənlərdən çıxış edərək bizim də tamamilə hüqumuz vardır ki, öz tarixi coğrafiyamızdakı milli irsimizə, soydaşlarımızın milli ənənələrinə sahib çıxaq. Arazın o tayındakı soydaşlarımızın milli özünüdərk hissini unutdurmağa çalışan Fars rejiminin anti-milli siyasətinin qarşısının alınması hamımızı düşündürməldir. Cənab Prezident əbəs yerə deməyib ki, “İrandakı azərbaycanlılar bizim millətin bir parçasıdır, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Onların sahibi olduğu tarixi coğrafiyada öz doğma dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Ona görə ki, bu, bizi narahat edir”.
Prezident İlham Əliyev bildirir ki, Azərbaycan gənci, gələcək nəsillər tariximizi yaxşı bilməlidir, tarixi Azərbaycan əraziləri, xalqımızın qəhrəman oğulları haqqında hər şeyi dərindən öyrənməlidirlər. Hesab edirəm ki, Cənubi Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin, elm, mədəniyyət, ədəbiyyat xadimlərinin, Qətran Təbrizinin, Məhəmməd Ürfi Şirazinin, Sədi Şirazinin və digər dahi şəxsiyyətlərimizin həyat və fəaliyyəti geniş təbliğ olunmalı, orta məktəb dərsliklərinə, elmi-siyasi ədəbiyyatlara salınmalı, adlarına küçə və məktəblər verilməldir.
Milli azadlıq liderlərimizdən olan Səttarxanın Xudafərin yaxınlığında üzü Təbrizə tərəf Heykəl-abidəsi ucaldılmalı, adına böyük Park salınmalıdır. Eləcə də Xiyabanı və Pişəvərinin, Şəhriyarın xatirəsi əbədiləşdirilməli, adlarına bağ və parklar salınmalı, postament lövhələri quraşdırılmalıdır.
Vaqif ABDULLAYEV,
PROFESSOR
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN