booked.net booked.net  

«Təzadlar»a daxil olan müraciətdə maraqlı məqamlar var…

Vətəndaş müraciətində bildirilirdi ki, SOCAR-ın balansında olan və Balaxanıda yerləşən torpaq sahəsində hansısa məmur restoran tikməyə hazırlaşır. Məsələ ilə bağlı aidiyyəti üzrə Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlıya müracət etdik. Mirvari xanım bunları dedi:

-Bəli, bu barədə bizim təşkilata da şikayət daxil olub. Şikayətə ərazidən çəkilmiş fotoşəkillər və videolar də əlavə olunub… Söhbət Balaxanı Əməliyyat Şirkətinin ərazisindən gedir. Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir. Yəni, 2010-cu ilin iyun ayında SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb. Ərazidə həm işlək, həm də bağlı neft quyuları var, yaşayış üçün risqlidir. Bununla bərabər, risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri- qanuni hissə-hissə əhaliyə satılmışdır…

-Bəs niyə indiyədək SOCAR rəhbərliyi və aidiyyəti qurumlar bunun qarşısını almayıb?

-Maraqlı sualdır və biz də cavabını söyləməkdə çətinlik çəkirik. Deməli, ortada maraqlı şəxslər olub və vardır. Həmin ərazidə torpaqların tikinti üçün satılması hazırda da davam edir. Yerində çəkilmiş videoların birində ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsinə aid olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub. Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub, ləğv edilib. İndi SOCAR-ın məsələyə münasibəti olmalıdır, lakin hələki susurlar…

Təqdim etdi: A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN