booked.netbooked.net booked.net  

Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Bürosu keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarışlar aparıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Avakov Fransanın Airbus helikopterlərinin Daxili İşlər Nazirliyi üçün alınmasındakı iştirakçılığına görə evində axtarışlara cəlb edilib. 
Xatırladaq ki, 2018-ci il mayın 29-da Parisdə Ukrayna və Fransa hökumətləri arasında vahid aviasiya təhlükəsizliyi və mülki müdafiə sisteminin yaradılmasına rəsmi dəstək haqqında 552 milyon avro dəyərində saziş imzalanıb. Müqavilənin şərtlərinə görə, Fransa tərəfi iki mərhələdə Ukraynaya əvvəlcə 37 Airbus helikopteri, sonra isə daha 18 helikopter verməli idi. Bunlardan 21 helikopter H225 modelləridir - yükgötürmə qabiliyyəti 10 tondan çox olan helikopterlər. Nəqliyyat Strategiyaları Mərkəzi qeyd edib ki, Ukrayna Daxili İşlər Nazirliyi üçün alınması nəzərdə tutulan 55 Fransa helikopterindən 21 helikopter artıq istifadədədir. 2023-cü il yanvarın 18-də səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhərində Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Daxili İşlər Nazirliyinin yüksək rəhbərliyi həlak olub: Daxili İşlər Nazirliyinin rəisi Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç. Və 1-i uşaq olmaqla ümumilikdə 14 qurban. Qəzaya uğrayan helikopter 2020-ci ilin avqustunda Fransa tərəfindən Ukraynaya təhvil verilib.
SBU faciənin bir neçə əsas versiyasını nəzərdən keçirir: uçuş qaydalarının pozulması (pilot xətası); helikopterin texniki nasazlığı və təxribat. Təxribatdakı iz isə Avakovun üzərinə gedir...

Arsen Avakov Bakı ermənisidir, amma Bakının çörəyinə və suyuna həmişə erməni olaraq xəyanət edib, Ukraynadakı Azərbaycanlı iş adamlarına qarşı aqressiv olub.

Əlavə məlumat veriləcək.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN