booked.net booked.net  

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələrinin Türkiyə yollanması barədə tapşırıq verib.

TEZADLAR.AZ xəbər verir ki, 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda yola düşəcək.

Heyət xüsusi reys ilə Adana hava limanına yola salınacaq. Azərbaycan tərəfi Türkiyəyə eyni zamanda ilkin yardım ləvazimatları da çatdıracaq. Bu məqsədlə ikinci təyyarə hazırlanır.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib. Onun sözlərinə görə, 2323 nəfər yaralanıb. 1710 bina isə dağılıb.

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN