booked.net booked.net  

...Türkiyədə baş verən zəlzələ qurbanlarımın sayı durmadan artır...

Yenilənən rəqəmlərə görə, bu saatlaradək 5 mindən çox insanın meyiti dağıntılar altından çıxarılıb, 30 minə yaxın yaralı qeydə alınıb... Yayılan videogörüntülər isə təsdiqləyir ki, yeni tikilmiş kompleksin monolit binaları nəinki əyilir, çat verir, əksinə, bir anda yerlə yeksan olur. Halbuki, tikinti standartlarına görə, monolit binalar bu cür dağıntıya məruz qalmamalıdır.

XXX

Türkiyədə baş verən məlum faciələr Azərbaycanda, xüsusən də tikinti meydançasını xatırladan (Qarabağda tikmək əvəzinə, Bakını tikirlər) paytaxt Bakıda göydələnlərin tikintisinə ictimai diqqəti və narahatlığı artırıb. "Təzadlar"ın elektron poçtuna "MELİSSA" yaşayış komleksi ətrafında yaşayan (Zərdabi küçəsi, Diaqnostika ilə üzbəüz, Tbilisi prospekti və Azərcell-in baş ofusinin arxa tərəfi) sakinlər tərəfindən bir şikayət daxil olub. Yazırlar ki, 16 mərtəbəyə icazə verilsə də MTK-nın acgöz sahibləri artıq 20 mərtəbəni qaldırıb... Binanın beton sütunları isə namnazikdir və s. Sitat: "Bu ərazi də sürüşmə ehtimallıdır. Biz sakinlər tikinti başlayandan izləyirik, aidiyyəti dövlət qurumları buranı nəzarətə götürməlidir. Qarın-qarına tikilən göydələnlərin zəlzələyə dözümlülüyü necədir?".
Bəli, qardaş Türkiyədə baş verənlər nəticə çıxarmağa bəs edəcəkmi?
Şikayətçilərə söz verdik ki, məsələ əməkdaşlarımız tərəfindən araşdırılacaq.

Elçin Məmmədli

P.S.Aşağıdakı videoya diqqətlə baxın:

https://www.facebook.com/100002726276553/videos/pcb.5357272224373600/563984642344904

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA