booked.netbooked.net booked.net  

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı  Kaxovka bəndinin və su elektrik stansiyasının bombalanmasını və dağıdılmasını pisləyib.

TEZADLAR.AZ xəbər verir ki, Emmanuel Makron və Ukrayna prezidenti Volodimir  Zelenski arasında telefon danışığı olub.
Görüşlə bağlı ''Twitter'' səhifəsində paylaşım edən Emmanuel Makron  Kaxovka bəndinə hücumdan sonra Volodimir Zelenskiyə Ukrayna xalqı ilə həmrəy olduğunu dediyini və Fransanın xalqı təhlükəyə atan bu hücumu pislədiyini bildirib.
Emmanuel Makron Fransanın təcili ehtiyaclarını ödəmək üçün bir neçə saat ərzində Ukraynaya yardım göndərəcəyini açıqlayıb.
Ukraynanın cənubundakı Xerson vilayətində rusların nəzarətində olan Kaxovka bəndi və su elektrik stansiyasının iyunun 6-da bombalandığı açıqlanmışdı. Daşqın səbəbindən bölgənin böyük ekoloji fəlakətlə üzləşdiyi bildirilmişdi. Ukrayna və Rusiya bəndin vurulmasına görə bir-birini günahlandıran bəyanatlar yayıb.

trt

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN