booked.netbooked.net booked.net  

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-21063” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə, ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN