Erməni mənbələrinə görə, sentyabrın 26-da axşam 28 120 nəfər Qarabağı tərk edib.
Tezadlar.az Ria-Novosti-yə istinadla bildirir ki, Xankəndi yaxınlığında yanacaq anbarının partladılması zamanı həlak olan 125 nəfərin qalıqları Ermənistana daşınıb. Onlarla yaralı müxtəlif tibb müəssisələrindədir. Ermənistanın rəsmi mənbələrinə inansaq, Qarabağda hələ xeyli insan qalır.
"Hazırda Dağlıq Qarabağda, biz danışarkən, Laçın dəhlizinin bağlanması səbəbindən 120.000 nəfər əsl orta əsr mühasirəsindədir". Bu barədə avqustun 29-da Sloveniyanın Bled şəhərində keçirilən strateji forumda panel müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Mirzoyanın yalan danışdığına isə dünya siyasətçiləri və beynəlxalq ictimaiyyət artıq inanmır. Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamış Ermənistanın iç üzü sonuncu hərbi əməliyyatlar zamanı bir daha açıldı...
Rusiya KİV-lərinə müsahibə verərkən isə Qarabağdan gedən ermənilər aydın şəkildə bildirirlər ki, onlar Qarabağa son 10-15 və ya ən çoxu son 30 il ərzində gəliblər. Bu isə sübut edir ki, Ermənistan Qarabağa süni miqrasiya təşkil edib...
A.Məmmədli