Yaxud, dəfələrlə edilən xəbərdarlığa baxmayaraq döyüşçülərimizin telefona çəkdiklərini Ermənistan mediasında görürük…

 Ermənistan mətbuatı bu dəqiqələrdə döyüşçülərimizin terrorçulardan azad etdikləri ərazilərdə hansısa monastra güllə atdıqlarının videosunu paylaşmaqdadır. Təbii ki, bu videogörüntüləri bizim hərbçilər telefona çəkib, amma niyə yayıb ermənilərin və ermənipərəstlərin «dəyirmanına su tökürlər», əllərinə tutalqa verib Azərbaycanın Qarabağ siyasətinə kölgə salırlar, bilmirəm. Yəni, buna böyük savad lazımdırmı anlayaq ki, ermənilər və digər düşmənlərimiz bizim sosial şəbəkələrdəki paylaşımlarımızı güdüb izləyirlər. Sonra həmin videogörüntülərdən əleyhimizə gen-bol istifadə edirlər.

Məsələn, bu dəqiqələrdə news.am saytı döyüşçülərimizin sosial şəbəkələrdə yaydıqları bir videogörüntünü paylaşıb yazır: «Azərbaycan əsgərləri 13-cü əsrə aid erməni monastırını gülləbaran etməklə “əylənirlər”». Sayt ardınca yazır ki, «Azərbaycanın hərbi qüvvələri Qarabağda erməni mədəni irsini dağıdıb məhv etməyə başladılar. Qafqaz İrsini Mühafizə Təşkilatının dərc etdiyi videoda barbar epizodlardan biri əks olunub. Azərbaycan əsgərləri Çərəktar kəndində XIII əsrə aid erməni monastırını iriçaplı atıcı silahlardan və zirehli transportyorlardan atəşə tutub. “Bu cür hücumlar Beynəlxalq Ədalət Məhkəməsinin erməni mədəni irsi ilə bağlı qəbul etdiyi müvəqqəti tədbirlərin bilavasitə pozulmasıdır, onlar araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir” və s.

monastr

 Təsəvvür edin, ermənilər Azərbaycan ərazilərində 30 illik işğal dövründə bir mədəniyyət nümunəsi belə qoymadılar, hamısını dağıtdılar, qəbirlərimizi belə goreşən kimi qazıqladılar, viran qoydular, məscidlərimiz viran edildi. Amma bu yaramazlar adi bir videogörüntünü əllərində bayraq ediblər ki, ay qoymayın, guya 13-cü əsrə aid mənəni abidə dağıdılır.

 Əvvəla, ermənilər özləri də bilir və bizim döyüşçülərimiz də bilsin ki, bu monastrın ermənilərə qətiyyən aidiyyəti yoxdur, Qafqaz Albaniyasına məxsus kilsə-monastrdır. İkincisi, 13-cü əsrdə Qarabağda erməni nə sülənirdi?! Ermənilər Qarabağa 19-cu əsrin əvvəlində-1828-ci ildə İran və Türkiyədən köçürülüblər.

Ona görə də terrorçulardan azad edilmiş ərazilərdə qədim kilsə və ya monastr, tarixi abidə görəndə əsgərlərimiz bilsinlər ki, bunlar Azərbaycana məxsusdur, ermənilərin Qarabağa gəlib məskunlaşmasının təxminən 200 illik tarixi var.

Bir daha Müdafiə Nazirliyinin bu sahəyə məsul şəxsləri əsgər və zabitlərimizə təlimatlar verməlidirlər ki, belə məqamlarda son dərəcə diqqətli olsunlar.

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN