44 günlük Zəfər Müharibəsində xüsusi igidlik göstərmiş əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı (Ölümündən sonra) Orxan Əkbərov haqqında yazılmış roman kino ssenaristləri üçün hazır materialdır...

Bu gün Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib. Bu barədə Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb. Komissiyanın məlumatında bildirilir ki, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydalara uyğun hazırlanmalı və 2024-cü il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir. "Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir. Əsərlər dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Dövlət Mükafatına təqdim olunur. Fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuraların, bədii əsərlər isə yaradıcı ittifaqların qərarları əsasında Dövlət Mükafatına təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər Dövlət Mükafatına təqdim edilə bilməz. Dövlət Mükafatı bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Dövlət Mükafatı verilmir. Bir qurum tərəfindən Dövlət Mükafatına yalnız bir əsər təqdim edilə bilər". 
 Dövlət Mükafatları Komissiyasının ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-22-65. E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
X
XX 
Xatırladırıq ki, Avropa Mətbuat Federasiyasının və Türkiyə Beynəlxalq Qəzetçilər Assosiasiyasının üzvü Asif Mərzilinin Zəfər Müharibəsində xüsusi igidlik göstərmiş əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı (Ölümündən sonra) polkovnik- leytenant Orxan Əkbərov haqqında yazdığı roman da Dövlət Mükafatları Komissiyasına təqdim ediləcək. Roman Azərbaycan bədii əsərlər sırasında ilk dəfədir ki, Qarabağda həyata keçirilən 44 günlük Vətən Müharibəsinə həsr olunmaqla, qələbəmizlə nəticələnmiş hərbi əməliyyatlara həsr olunmuş ilk bədii əsərdir.

Roman Azərbaycanın kino sənətində çalışan ssenaristlərin bədii film çəkilişi üçün hazır materialdır... Əsərdə igid kəşfiyyatçımızın düşmənin arxa cəbhəsində belə həyata keçirdiyi kəşfiyyat əməliyyatlarına həsr olunmaqla, kəskin sujetlər və hadisələrlə zəngindir, döyüşçülərimizin düşmənə qan udduran çevik hərbi əməliyyatları qürur hissi yaradır...

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN