Azərbaycanın helikopteri və Nelsonun tapançası...
ÖN SÖZ: “Sara” romanını yazarkən istifadə etdiyim mənbələrdən biri də Qarabağda öldürülmüş erməni komandir Monte Melkonyanın qardaşı, amerikalı Markar Melkonyanın “Qardaşımın yolu” (Мarkar Melkonian-“MY BROTHER’S ROAD) kitabı idi. Həmin kitabda “20 noyabr - Qarakənd faciəsi”nə işıq sala biləcək bir abzasa rast gəldim. Bu barədə bir dəfə demişəm. Amma indi həmin sitatı və öz fikirlərimi ətraflı yazıram. Bəlkə bu gün ildönümü olan Qarakənd hadisəsinin araşdırılmasına töhfə verə bilər.
QARDAŞIMIN YOLU: "1992-ci il fevralın 4-də Ermənistan müdafiə naziri Vasgen Sarqısyan Monte Melkonyanı Dağlıq Qarabağın Martuni (Xocavənd) rayonuna qərargah rəisi (naçalnik ştab) təyin edir və yollayır. Onacan Martunidə qərargah rəisi, keçmiş Sovet Ordusunun kapitanı Anastas Ağamalyan olub. Monte Martuniyə gedir Anastası əvəz edir və ərazidə vəziyyəti öyrənmək üçün yerli hərbçilərlə görüşür. “Yerli komandirin müavini Nelson yad adamın (yəni Montenin-İ.R.) sualına yalan cavablar verirdi və Monte deyilənləri dəftərçəsinə qeyd edirdi. Nelson belində iri “Steçkin” tapançası olan güclü adam idi. Tapança trafey idi və Nelson onu vurulmuş helikopterin qalıqları arasından-azərbaycanlı zabitin meyiti üzərindən götürülmüşdü”".
ÖZ FİKİRLƏRİM: İlk növbədə onu deyim ki, 1992-ci ilin fevralınadək (yəni Monte Nelsonun belində o silahı görənədək) Xocavənd ərazisində yalnız bir helokopter vurulması hadisəsi var. O da 1991-ci il noyabrın 20-də Qarakənddə baş verib. Azərbaycana məxsus helikopter vurulub və respublikanın Dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov və ekipaj üzvləri də daxil - ümumilikdə 22 nəfər həlak olub.
Çox güman ki, Nelson belindəki “Steçkin” tapançasını ekipaj üzvləri də daxil bu, adını sadaladığım şəxslərdən birinin üzərindən götürüb. Bu o deməkdir ki, Nelson helikopterin vurulmasında birbaşa iştirak edib. Özü də qətliama rəhbərlik edib. Əks hada trofey başqısına qismət olardı.
“Steçkin” avtomatik tapançadır. Yəni ondan həm də yayılım atəşi açmaq olur. Bu baxımdan və hədəfi nişanalma dəqiqliyinə görə SSRİ-nin məşhur “Makarov” tapançasından (ikisi də eyni dövrün istehsalıdır, 1940-cı illərin sonu - 1950-nin əvvəli) xeyli üstündür. “Steçkin” sovetlər zamanında birbaşa döyüşlərdə iştirak edən zabitlər və xüsusi bölmələr üçün nəzərdə tutulurdu, tank və helikopter ekipajlarının da istifadəsinə verilirdi. Adi tapança deyil yəni. Yəqin ki, adi, o dövrdə hər kəsdə rast gəlinən silah olsaydı, həmin an Monte Melkonyan kimi bir terrorçunun diqqətini çəkməzdi və o, bu barədə dəftərçəsinə qeyd eləməzdi.
Deməli biz Nelsonu tapmaqla nəhayət ki, “20 novabr 1991-ci il Qarakənd faciəsi”nin necə törədildiyini detallı öyrənə və səbəbkarı cəzalandıra bilərik. Bu işdə Azərbaycana hazırda məhkəmə qarşısına çıxarılan erməni separatçıları da kömək edə bilərlər və çox güman ki, edəcəklər.
Bu hadisənin tam təfərrüratı ilə öyrənilməsi, respublika daxilindəki bəzi mübahisələrə də son qoyar...
İlqar RƏSUL
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN